Qırmızı.az
Gəncə-Təbriz dostluğu daha da möhkəmlənir
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin
başçılıq etdiyi nümayəndə heyəti İranın Təbriz şəhərində səfərdə
olub.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata
keçirdiyi daxili və xarici siyasət ölkənin, ayrılıqda regionların
inkişafında özünü qabarıq şəkildə büruzə verir. Həyata keçirilən
regional proqramlar, Prezidentin Ehtiyat Fondundan ayrılan
vəsaitlər bu gün şəhər və rayonlarda yol infrastrukturunun
yenilənməsi, sosial layihələrdən olan məktəb, uşaq bağçası, səhiyyə
ocaqlarının tikintisi və təmirinə, kommunal və kommunikasiya
sisteminin təzələnməsinə imkanlar yaradıb. Azərbaycanın 2-ci böyük
şəhəri olan Gəncə də dövlətin diqqət və qayğısını daim hiss edən və
buna əməli işlə cavab verən şəhərlərdən biridir. 4000 illik yaşı
olan şəhərin son 4 il ərzində simasının tamamilə yenilənməsi,
aparılan abadlıq və yenidənqurma işləri, Gəncənin ölkənin sənaye
mərkəzlərindən birinə çevrilməsi istiqamətində atılan addımlar
şəhər sakinlərinin sosial rifah halının yaxşılaşdırılmasına xidmət
edən amillər olmaqla, beynəlxalq əməkdaşlıq baxımından da yeni
imkanlar açır. Son illərdə həyata keçirilən məqsədyönlü tədbirlərin
nəticəsidir ki, beynəlxalq tədbirlər və festivallar keçirilir,
Gəncə 2016-cı ildə Avropanın gənclər paytaxtı seçilib, şəhərin
nümayəndə heyətlərinin xarici ölkələrə səfərləri ikitərəfli
münasibətlərin qurulmasına xidmət etməklə, ölkələr arasında
əlaqələrin genişlənməsinə əlavə imkanlar yaradır.
Bu günlərdə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin
başçılıq etdiyi nümayəndə heyətinin İranın Təbriz şəhərinə səfəri,
hər 2 şəhərin qardaşlaşmasını nəzərdə tutan protokolun imzalanması,
keçirilən görüşlər Azərbaycan-İran münasibətlərinin son 1 ildə
yüksələn xətlə inkişafından xəbər verir. Nümayəndə heyətinə
göstərilən yüksək qonaqpərvərlik, Gəncə ilə münasibətlərin
qurulmasına verilən önəm İran tərəfinin də əlaqələrin
genişlənməsinə maraq göstərdiyini ifadə edir.
3 günlük səfərin ilk günündə Şərqi Azərbaycan vilayətinin valisi
İsmayıl Cabbarzadə ilə görüş olub. Hər iki ölkə arasında siyasi
münasibətlərin müsbət inkişafından məmnunluq ifadə edilərək, ölkə
başçıları arasında sıx təmasın buna xidmət etdiyi önə çəkilib. Bu
isə, öz növbəsində regionlar arasında münasibətlərin qurulması və
inkişafına xidmət etməklə, hər iki xalq arasında əlaqələrin
inkişafına müsbət zəmin yaradır. “Bu görüş Təbrizlə Gəncə arasında
yaxşı bağlantıların qurulması üçün əsas oldu” – deyən Şərqi
Azərbaycan vilayətinin valisi İsmayıl Cabbarzadə bütün sahələr üzrə
2 şəhər arasında əməkdaşlığın genişləndirilməsində maraqlı
olduqlarını qeyd edib. Gəncə şəhər İcra Hakimiyyətinin başçısı
Elmar Vəliyev isə səfərin iqtisadi, elmi, mədəni əlaqələrin
qurulmasına yaxşı zəmin yaratdığını söyləyib, Təbrizdən olan
nümayəndə heyətini tezliklə Gəncədə görməkdən şad olacağını
bildirib.
Nümayəndə heyəti Azərbaycanın Təbrizdəki baş konsulluğu ilə tanış
olub. Baş konsul Əli Əlizadə qonaqları mehribanlıqla qarşılayıb və
bu görüşün tarixi əhəmiyyətini qeyd etməklə, çox əlamətdar hadisə
olaraq qiymətləndirib. Gündən-günə möhkəmlənən və genişlənən
işgüzar əlaqələrin hər iki ölkəyə layiqli töhfələr gətirəcəyini
vurğulayıb. Gəncədən olan nümayəndələr böyük şair Şəhriyarın da
uyuduğu şairlər məzarlığını və Seyid Həmzə İmamzadəsini ziyarət
ediblər. Səfər çərçivəsində bələdiyyə muzeyi ilə tanışlıq olub.
Təbriz şəhər bələdiyyəsinin başçısı Sadiq Nəcəfi ilə görüş zamanı
isə, Təbriz və Gəncə şəhərlərinin qardaşlaşması barədə protokol
imzalanıb. Tarixi hadisə kimi qiymətləndirilən bu səfərin dini bir,
dili bir olan şəhər sakinləri arasında əlaqələrin qurulmasına
xidmət etdiyi qeyd edilib. Gəncədə Təbriz, Təbrizdə isə Gəncə
günlərinin keçirilməsi barədə şifahi razılıq əldə edilib.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfərin
yüksək səviyyədə təşkilinə görə İran tərəfinə təşəkkür edib.
Təbrizlilərin Gəncəyə xüsusi rəğbəti olduğunu deyən Təbriz şəhər
bələdiyyəsinin başçısı Sadiq Nəcəfi isə, imzalanan protokolun hər 2
şəhərin iqtisadi, elmi, mədəni əlaqələrinin genişlənməsinə xidmət
etdiyini bildirib.
Səfərin ikinci günü Təbriz Dövlət Universiteti ilə tanışlıq olub.
Universitetin rektoru Məhəmmədhüseyn Somi 21 min tələbə və 750-ə
yaxın professor-müəllim heyəti olan ali təhsil ocağı ilə Gəncə
Dövlət Universiteti arasında tələbə-müəllim mübadiləsinin, elmi
işlər üzrə birgə tədqiqatların aparılmasının önəmli olduğunu
bildirib. Görüşdə əlaqələrin gücləndirilməsini nəzərdə tutan işçi
qrupunun yaradılması barədə razılıq əldə edilib.
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO