Şahbaz Xuduoğlunun xanımı dəfn edildi
Bizi izləyin

Qırmızı.az

Şahbaz Xuduoğlunun xanımı dəfn edildi

“Qanun” Nəşrlər Evinin sahibi, jurnalist Şahbaz Xuduoğlunun dünən ağır yol qəzası nəticəsində həlak olan həyat yoldaşı Könül Rüstəmxanlı Binəqədi kənd qəbiristanlığında torpağa tapşırılıb.

Axar.az xəbər verir ki, mərasimdə bir çox tanınmış şəxslər, o cümlədən millət vəkili Sabir Rüstəmxanlı, mərhumun qohumları, jurnalistlər, ictimaiyyət nümayəndələri iştirak edib. Xatırladaq ki, mərhumun üç mərasimi 14 fevral günü Təzəpir məscidində keçiriləcək.

Qeyd edək ki, dünən saat 15.30-da Masallı-Yardımlı yolunda 90-LB-944 dövlət nömrə nişanlı, “Toyota Prado” markalı avtomobilin dərəyə aşması nəticəsində maşında olan 1971-ci il təvəllüdlü Könül Yolçu qızı Rüstəmxanlı hadisə yerində dünyasını dəyişib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm