• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Məni bu yola o saldı – fahişədən ETİRAF

Məni bu yola o saldı – fahişədən ETİRAF

Publika.az Oğuz Ayvazın bir fahişə ilə söhbətini təqdim edir.

Axşamüstü kafelərin birinə yollanıram. İçki sifariş verib, ətrafı müşahidə etməyə başlayıram. Qısa ətəkli, üzü ənlikli yorğun qadınlar diqqətimi çəkir. Fahişədirlər. Yarıçılpaq bədənləri ilə masanın dörd bir tərəfini işğal ediblər.

Əlimlə işarə edib, içlərindəki ən gənc qızı yanıma çağırıram. Cəld yerindən durub yaxınlaşır, çoxdanın tanışı kimi yanımda oturub, gözlərini üzümə dikir. Bu an fahişələr oturan masaya baxıram: onların üzündəki sonsuz kədər məni incidir. Adını bilmədiyim fahişəyə deyirəm:

- İstəyirsən, dostlarını da çağır.

Gülümsəyir. Yəqin, elə bilir ki, zarafat edirəm.

- Biri sənə bəs eləmir?

- Adın nədir?

- Aysel. Neynirsən ki?

- Saat neçəyə qədər burada işləyirsən?

- Səhər altıya kimi.

- Bəs yorulmursan?

- İnsanam da, yoruluram. Amma öyrəşmişəm. Yaxşı, keçək otağa?

Bir söz demirəm. Qarşımdakı pivəni son qurtumunadək içib ayağa qalxıram. Onun arxasınca otağa gedirəm. İçəridən çox pis iy gəlir. Mələfə, döşəkağı, yastıq yerə səpələnib.


- Aysel, gəl, bir az söhbət edək.
Gülür. Əli ilə ağzını qapayır. Qəribədir, mənə elə gəlirdi ki, yalnız utancaq qızlar bu cür gülə bilirlər.

- Nə danışırsan? Yoxsa?… – yenidən uğunub gedir. Bir az tez edək, müdir vaxt qoyub.

- Nə qədər desən, pul verirəm, ancaq istəyirəm mənimlə sadəcə danışasan.

Rusca deyir:
- Net problem.

Hələ üstəlik, əli ilə çiynimə də vurur. Sonra saçı ilə oynaya-oynaya, səsinə şıltaq çalar verib, sözünə davam edir:

- Amma... Başa düşmədim səni. Sən kişi deyilsən? Niyə qorxursan? Birinci dəfədir, bəlkə? Hə, utanma, de.

Yenə uzun-uzadı qəhqəhə çəkir.

- Yox. Sadəcə, kefim yoxdu. Mənə öz həyatından danış.

- Xəyat? – rus aksenti ilə soruşur və təzədən uğunub gedir. – Mənim xəyatım sənin nəyinə lazımdı?

Səbrimi basıb gözləyirəm, bilirəm ki, adətən, ona bu cür suallar vermirlər. İndi karıxıb, bilmir neyləsin. Ona görə də tərəddüd içində qalıb. Amma danışacaq. Yüz faiz danışacaq.

- Hmm…

Aysel işarət barmağını çənəsinə dayayır, düşünür. Az sonra onun səsi gəlir. Öz hekayəsinə başlayır:
- Anam atamın məşuqəsi imiş. Onu saxlayırmış. Bu zaman mən dünyaya gəlmişəm. Nənəmin dediyinə görə, anam məni uşaq evinə buraxıb. Uşaq evində çox iztirablar yaşamışam. Ana-ata qoxusuna həsrət böyümüşəm. Hələ də atamın adını bilmirəm. Anam Türkiyədə yaşayır. Yenə hansısa qadın onu saxlayır. Anama nifrət edirəm. Onu heç vaxt bağışlamayacağam. Bütün günahlar ondadır.

Aysel deyir ki, on beş yaşı tamam olanda uşaq evindən qaçıb. Günlərcə parklarda, küçələrdə gecələyib. Sonda məcbur olub bu yola düşüb: “Əvvəllər yolların qırağında dayanırdım. Müştərilərə gözəl görünmək üçün əlimdən gələni edirdim. Maşınlara yaxınlaşırdım. Elə olurdu üzümə söyüş söyürdülər. Eləsi də olurdu, məni maşınına mindirirdi. Sonra gəlib çıxdım bu kafeyə”.

- Peşman deyilsən ki?
- Peşmanam. Amma əlimdən də heç nə gəlmir.

- Səni bu bataqlıqdan xilas etmək istəyən olsa, razılaşardın?
-
Aaa… - əlini-əlinə vurur - Bə nə? Niyə razı olmayım ki?! Axmağam? Özü də harada var ki, belə kişi? Bəlkə, sən xilas etmək istəyirsən?

- Yox, elə-belə soruşdum.

- Nə qədər sual verirsən e...

- Danışırıq da...

- Bəlkə, qəzetə yazacaqsan?

Arsız-arsız gülür. Cavab vermirəm.
- Hə... Sən kimsən axı? Nə qədər sual verirsən? Gəl, işini gör, çıx da. Ay da, belələri də gəlib məni tapır.

Yenə aramsız gülüşlər...

Lüt-üryan yanımda oturub. Bədəninə baxıram. Onun vücudu izdihamlı yerlərdə özünə çıxış axtaran balaca uşağa bənzəyir.

İki dəqiqədən bir gülməsi əsəblərimə toxunur. Sanki, qarşımdakı qadın deyil. Mənə elə gəlir ki, bütün sevdikləri onun üz cizgilərini, vücudunu, saçını, gözlərini, hər şeyini unudublar. İndi o, öz bədənindən pul qazanan böyük bir boşluğa bənzəyir, heç nə ifadə etmir. Yəqin, fahişələr bədənlərini satarkən ürəklərini də hərraca qoyurlar.

Aysel dinc durmur, şitləşir. Mənimsə istəyim onunla yatmaq deyil. Birdən-birə ağlımdan qəfil bir fikir keçir: fahişələr öz qadın statuslarını dəfn etdikdən sonra kişilər üçün yalnız orqazma çatmaq vasitəsidirlər.

Soruşuram:
- Aysel, həyatında heç sevmisən?

Birdən-birə güllə kimi açılan sualım onu çaş-baş qoyur. Ayağa qalxır. Paltarını geyinir. Güzgüdə saçını-başını düzəldir, özünə sığal verir. Bir xeyli otağın içində fırlanır, yerə dağılmış əşyaları toplayır. Sonra mənə baxıb deyir:
- Hə…

Gözləyirəm ki, danışsın. Amma elə hey susur. Amma danışsa da, çətin inanam. Düşünürəm ki, fahişələr həmişə yalan danışır. Özlərindən uydurma əhvalatlar quraşdırıb danışırlar. Bəlkə də, Ayselin öz həyatından danışdığı bu qısa əhvalat da yalandır. Başdan-ayağa yalandır. Amma bir insanın sevdiyini etiraf etməsi niyə uydurma olsun ki?! Axı fahişə olsa da, hər gün bədənini başqa kişilərlə bölüşsə də, o da insandır. Onun da hissləri, duyğuları var.

Səsi məni düşüncələrimdən ayırır:
- Bir dəfə kafeyə bir oğlan gəlmişdi. Məni seçmədi. Başqası ilə otağa keçdilər. O oğlan hər dəfə gəlirdi. Həmişə də başqaları ilə gedirdi. Neçə dəfə yaxınlaşmaq istədim, amma hər dəfə məni uzaqlaşdırırdı. Səbəbini bilmirdim. Sonra yoxa çıxdı. Daha gəlmədi. Hər dəfə rəfiqələrimlə onun haqqında söhbət edirdim. Rəfiqələrim deyirdi ki, o, yataqda çox yaxşıdır. Onlara əsəbiləşirdim. Üstlərinə qışqırırdım. Axırda dostum Nərmin dedi ki, sən onu sevirsən. Mən hər yanıma gələn kişini ona bənzədirdim. Elə bil onunla sevişirdim. Sanki bir evdə ər-arvad kimi.

Aysel danışır, mənsə düşünürəm ki, qadınların da sevgisi belədir. Nə vaxt onlara əzab verirsən, özündən uzaqlaşdırırsan, o zaman səni sevirlər. Görəsən, bir fahişəni sevmək necə olardı? Yaxud fahişənin sevgisi…

Türk yazıçısı Suat Dervişin “Fosforlu Cevriye” romanı yadıma düşür. Qadın yazıçının qələmə aldığı dramatik əsərdə sonda Cevriye ona heç vaxt toxunmayan, onunla yatmayan, onun fahişə olduğunu unutduran bir kişini sevir və sonu faciə ilə nəticələnir. Cevriye o kişini xilas etməkdən ötrü öz canından keçir. Nədənsə, oradakı kişinin Cevriyəyə verdiyi sualı xatırlayır və istəyirəm ki, Ayseldən də bunu soruşum: “İnsanları sevirsən?” Cevriyenin cavabı belə idi: “Hə... Lənətə gəlmiş insanları sevirəm”.

Ayselə baxıram. Yanıma çağırıram. Gözlərinin içində məhv olmuş uşaq bağçası görürəm. Soruşuram:

- Aysel, insanları sevirsən?

Bu yerdə qapı döyülür. Müdir Ayseli çölə çağırır.

Sualım cavabsız qalır...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR