24504 nəfər qəbul imtahanlarından keçmədən diplom alıb
Bizi izləyin

Qırmızı.az

24504 nəfər qəbul imtahanlarından keçmədən diplom alıb

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının keçirdiyi qəbul imtahanları nəticəsində tələbə statusu qazanmışların sayı ilə “Tələbə-məzun” elektron məlumat sistemindəki məlumatlar arasında fərq var.

Publika.az-ın məlumatına görə, bu barədə TQDK-nın nəşr etdiyi “Abituriyent 12” jurnalında qeyd olunub.

Belə ki, 1992-2014-cü illər ərzində TQDK imtahanlarından 861767 nəfər tələbə adı qazansa da, “Tələbə-məzun” bazasında 886271 nəfər haqqında məlumat var. 24504 nəfər TQDK-nın qəbul imtahanlarından keçmədən diplom əldə edib.

TQDK-nın 22 il ərzində keçirdiyi imtahanlarda 550723 nəfər bakalavriat, 40026 nəfər magistratura səviyyəsi üzrə, 166678 nəfər tam orta təhsil bazası, 104340 nəfər ümumi təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunub.

Yaranmış fərq yerli təhsil müəssisələrinin xarici təhsil müəssisələrindən həyata keçirdiyi köçürmələr, Azərbaycan Respublikasında vətəndaşlığı olmayan şəxslərin qəbulu, əlavə şəxslərin qəbulu və bəzi illərdə təhsil müəssisələrinin daxili əmri ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada qəbulu hesabınadır.Hazırda sistemə təhsil müəssisələrinin öz qəbulu statusunda 7206 nəfər, xarici təhsil müəssisələrindən köçürülmüş 9117 nəfər, əcnəbi və vətəndaşlığı olmayan 4698 nəfər və əlavə təhsil almaq statusu ilə qəbul olan 3483 nəfər haqqında məlumat daxil olub. Dövlət qulluğu üçün müraciət edən 7200 nəfərdən, 1200-nin diplomu TQDK-nın qəbulundan kənar əldə edilib.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm