Qırmızı.az
FACİƏ: Evdə uşaq doğan ana öldü
Ağsu rayonunda faciəvi hadisə baş verib.
Publika.az Lent.az-a istinadən xəbər verir ki, rayonun Cəlayır kəndində yaşayan 32 yaşlı Nurlana Əzizova doğuşdan sonra vəfat edib.
Belə ki, hamiləliyinin 7-ci ayını yenicə tamam etmiş qadının kəskin sancıları tutub və o, ev şəraitində oğlan uşağı dünyaya gətirib. Bir neçə saat sonra isə qadının vəziyyəti pisləşib və o dünyasını dəyişib.
Ailə üzvlərinin dediyinə görə, maddi vəziyyətləri yaxşı olmadığından qadın hamiləlik müddətində həkim nəzarətində olmayıb və övladını köhnə qaydalarla ev şəraitində dünyaya gətirib. N.Əzizova daha əvvəl 2 dəfə övlad dünyaya gətirib ki, həmin uşaqlar da evdə həyata göz açıb.
Ölüm faktı ilə bağlı araşdırma aparılır.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO