Bakıda qadını tülkü dişlədi
Bizi izləyin

Qırmızı.az

Bakıda qadını tülkü dişlədi

Bakıda qadını tülkü dişləyib.

Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından Publika.az-a verilən məlumatda bildirilir ki, həmin şəxs Bayıl qəsəbəsində stansiyaya müraciət edib. Ona ilkin yardım göstərildikdən sonra, 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, yayılan məlumatda tülkünün qadını zooparkda dişlədiyi bildirilib. “Bakı Zoorparkı”nın direktoru Azər Hüseynov Publika.az-a açıqlamasında zooparkda tülkü nümayiş edilmədiyini deyib:

“Tülkülərin saxlandığı qəfəs təmir olunur. Ona görə də, tülkülər hələ ki nümayiş edilmir, onlar zooparkın təsərrüfat həyətində bağlı qəfəsdə saxlanılır. Ona görə də zooparkda belə bir hadisə baş verə bilməz”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm