Kəmaləddin Heydərov Astarada vətəndaşları qəbul edib
Bizi izləyin

Qırmızı.az

Kəmaləddin Heydərov Astarada vətəndaşları qəbul edib

Bu gün fövqəladə hallar naziri Kəmaləddin Heydərov Astara şəhərində Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad rayonlarının sakinlərinin və həmin rayonlarda məskunlaşmış məcburi köçkünlərin qəbulunu keçirib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, fövqəladə hallar naziri tərəfindən qəbul edilən 24 vətəndaşın müraciətlərinin bir çoxu yerindəcə öz həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə aidiyyəti strukturların rəhbərlərinə tapşırıqlar verilib. Bundan başqa, kadr məsələləri ilə bağlı 215, digər məsələlərlə bağlı müraciət edib, 231 vətəndaş nazir müavinləri və nazirliyin müvafiq qurum rəhbərləri tərəfindən qəbul olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm