Qırmızı.az
Milli şəbəkə yarandı: hədiyyələr paylanacaq
Azərbaycanın ilk dəfə istifadəçilərin qazanmasını hədəfləyən və eyni vaxtda milli sosial şəbəkəsi olan MyDay.az istifadəyə verilib.
Publika.az xəbər verir ki, sosial şəbəkənin yaradılmasında məqsəd şəbəkəyə qoşulan şirkətlər vasitəsilə istifadəçilərin hədiyyələr qazanmasını təmin etmək, o cümlədən gənclərin bir-biriylə əyləncəli dialoqunu qurmaq, vaxtlarını daha sərfəli və maraqlı keçirməsini təşkil etməkdir.
Qeyd edək ki, qonşu ölkələrin özünəməxsus sosial şəbəkələri olduğu halda Azərbaycanda hələlik belə bir sistemli sosial şəbəkə yox idi. Yaradıcılar bu baxımdan MyDay layihəsini həm də Azərbaycanın ilk milli sosial şəbəkəsi kimi qiymətləndirirlər.
“Mənim günüm” (myday) adlı sosial şəbəkədə istənilən şəxs pulsuz qeydiyyatdan keçərək öz səhifəsini yarada, şəkillərini, musiqi və videolarını paylaşa bilər. Şəbəkədəki insanların bir-birlərinə rəy bildirmək, yaxud paylaşılan fikirləri bəyənmək (like) imkanları var. Sosial şəbəkədə müxtəlif mövzulu müsabiqə və kampaniyalara da start verilib. Myday-ın istifadəçilər üçün təşkil etdiyi kampaniyaya Özkaya Group, Vision TV, Hotel Admiral, Baku Kitchen Academy, Vizitka.az kimi bir sıra şirkətlər və Park Bulvarda yerləşən Sport Cafe, Park Cinema və Verenda Restoranı qoşulub. Şəbəkədən istifadə etməklə bərabər burada keçirilən kampaniyalardan yararlanaraq bolluca hədiyyələr qazanmaq mümkündür.
Myday-ın ilk dəstəkçisi Epiderm Lazer Epilyasiya Mərkəzidir. Bir sıra şirkətlər də artıq bu sosial məsuliyyətlilik layihəsinə qoşulmaq üçün özləri könüllü müraciət ediblər.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR