Erməni xüsusi xidmət orqanları Orucov Cavidi necə “verbovka” ediblər?
Bizi izləyin

Qırmızı.az

Erməni xüsusi xidmət orqanları Orucov Cavidi necə “verbovka” ediblər?

Erməni xüsusi xidmət orqanları Orucov Cavidi necə “verbovka” ediblər?

Azərbaycan vətəndaşının düşmən bir ölkədən siyasi sığınacaq istəməsini, Azərbaycanla Ermənistan arasındakı informasiya müharibəsinin tərkib hissəsi sayıram.

Bu sözləri BayMedia-ya İsveçrə-Azərbaycan Tiçarət Təşkilatının sədri, politoloq Elxan Həsənli Ermənistan tərəfinə keçən Orucovlar ailəsi ilə bağlı fikirlərini şərh edərkən söylədi.

“Vaxtaşırı iki ölkənin xüsusi xidmət orqanları bir-birinə qarşı bu metodlardan istifadə edirlər. Son hadisə isə erməni xüsusi xidmət orqanlarının uğuru sayıla bilər.

Hesab edirəm ki, burada əsas hədəf: Azərbaycan vətəndaşlarının dövlətinə və hökumətinə olan inamıdır, bununla inamı sarsıtmağa çalışırlar. Bunun qarşısını almaq üçün baş vermiş hadisənin səbəbləri ictimaiyyətə açıqlanmalı,araşdırmalıdır.

Məndə olan məlumata görə,həmin adamın həyat yoldaşı erməni mənşəlidir. İlk əvvələr bundan istifadə edib, avropa ölkələrindən siyasi sığınacaq almaq istəyib. Artıq bu cür bəhanələr avropa ölkələrindən keçmir. Avropa hökumətlərinin müvafiq strukturları yaxşı bilirlər ki, Bakıda minlərlə erməni yaşayır və onların həyatına heç bir təhlükə yoxdur”,-deyən təşkilat sədri onu qeyd etdi ki, hadisənin baş verməsinin aydınlaşmasına gəlincə, çox güman ki,ermənilərə təslim olan şəxsin özü erməni xüsusi xidmət orqanlarına çıxıb.

“Bunun üçün xanımının qohumları ilə internet vasitəsilə əlaqə qura bilər. Bu yolla xüsusi xidmət orqanlarının nəzarətindən yayınmaq mümkündür. Çox güman ki,erməni qohumlar xüsusi xidmət orqanlarını bu məsələdə tərəf olmaları üçün maraqlanıblar.

Bundan sonra Gürcüstan ərazisində görüş keçirilə bilər. Gürcüstanda keçirilən görüşdən Azərbaycanın xüsusi xidmət orqanları xəbərsiz olmaları mümkündür.

Bu məsələdə günahkar axtarmaq və ya xüsusi xidmət orqanlarının peşəkarlığına kölgə salmaq qeyri-ciddi yanaşma olardı. Xüsusi xidmət orqanlarıın işi hadisə baş verdikdən sonra sürətlənməliydi: erməni xüsusi xidmət orqanlarının əsas hədəfləri müəyyən olunmalı və bu həmlələlə zərərsizləşdirilməli idi.

İctimai rəyi nəzərə almamaq dövlət idarəçiliyinin əsas qüsurudur. Bununla yanaşı, baş vermiş hadisədən nəticə çıxartmaq daha düzgün olardı. Bura düşmən ölkə ilə hər hansı hadisədən nəticə çıxartmaq daha düzgün olardı.

Bura düşmən ölkə ilə hər hansı bağlılıqların nəzarət altında saxlanması,hərəkət istiqamətlərinin analizi,potensial girovların izlənməsi daxil ola bilər. İndiki dövrdə bu məsələni millətçilik və ya irqçilik kimi yozanlar da tapılır.

Təbii ki,bu cür kosmopolit yanaşmalar Azərbaycan dövlətinin maraqlarına uyğun deyil. Bizim ən böyük istəyimiz Azərbaycan torpaqlarının işğaldan azad olmasıdır. Bu üzdən kosmopolit yanaşmaları qeyri-ciddi sayıram”.

Elnur Eltürk

Oxumağa davam et
Reklam
Reklam

Gündəm