Qırmızı.az
Qiymətlər ucuzlaşdı: ət 5 manata düşdü
Fevralın 28-də Bakı şəhərinin rayonlarında kənd təsərrüfatı məhsullarının növbəti satış yarmarkaları keçirilir. Paytaxt əhalisinin kənd təsərrüfatı məhsullarına tələbatını ödəmək məqsədilə təşkil edilən yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və digər məhsullar çıxarılıb.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev AZərTAc-a bildirib ki, yarmarkalara rayonlardan 600 tona yaxın müxtəlif kənd təsərrüfatı məhsulları çıxarılıb. Qiymətlər bazarlardakından 25-30 faiz ucuzdur. Məhsulların keyfiyyəti ciddi yoxlanılır, xüsusilə ət və süd məhsulları baytar müayinəsindən keçirilir.
Qiymətlərə ciddi nəzarət olunduğunu vurğulayan M.Hacıyev deyib ki, yarmarkalarda heç bir qiymət artımı yoxdur. Qoyun ətinin kiloqramı 6 manata, mal əti 5 manat – 5,5 manata, quş əti 2,5 – 2,8 manata, pomidor və xiyar 1 manat – 1,5 manata, nar və alma 1 manata, kartof 60-90 qəpiyə, soğan 60 qəpiyə, yumurta 5-7 qəpiyə təklif olunur.
-
ABŞ08:29
Bir anlıq intihar barədə düşündüm, amma... - Baydendən gözlənilməz ETİRAF
-
Sağlamlıq08:17
Valideynlərin NƏZƏRİNƏ: Son günlər azyaşlılar arasında yayılan yeni virusun simptomları
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO