Qırmızı.az
Sürücülərin nəzərinə: Qanuna edilmiş dəyişikliklər qüvvəyə mindi
İnzibati xəta haqqında protokol baxılması üçün yuxarı
səlahiyyətli orqana (vəzifəli şəxsə) göndəriləcək
Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə edilmiş son dəyişikliklər qüvvəyə minib.Qanuna aşağıdakı məzmunlu dəyişikliklər edilib:
1. 429-5.4-cü maddəyə aşağıdakı məzmunda üçüncü və dördüncü cümlələr əlavə edilsin:
“Bu Məcəllənin 429-5.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 429-6.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir.”;
2. 429-6.2.2-ci maddəyə “yer” sözündən sonra “və vaxt” sözləri əlavə edilsin;
3. 451.3-cü maddəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə tətbiq edilmiş inzibati cərimə ilə əlaqədar ödənişi qəbul edən bank və ya poçt müvafiq ödənişin edildiyi barədə məlumatı dərhal elektron qaydada müvafiq icra hakimiyyəti orqanlarının informasiya sistemlərinə göndərir.”.
Qeyd edək ki, Məcəlləyə bir neçə gün əvvəl digər dəyişikliklər də edilmişdi: Həmin dəyişikliklər isə bunlardır:
1. 84-cü maddə üzrə:
1.1. 3-cü bənddən “, eləcə də inzibati cərimənin ödənilməsi üçün
cərimə bildiriş blanklarını” sözləri çıxarılsın;
1.2. 6-1-ci bənd aşağıdakı redaksiyada verilsin:
“6-1) inzibati tənbeh tətbiq etmə haqqında qərarı və ya inzibati
xəta haqqında protokolu operativ nəqliyyat vasitəsində
quraşdırılmış bort-kompyuter vasitəsilə tərtib edərək dərhal, yaxud
belə kompyuter olmadıqda həmin günün sonunadək müvafiq icra
hakimiyyəti orqanının mərkəzi informasiya sistemində
yerləşdirmək;”;
1.3. aşağıdakı məzmunda 6-2-ci bənd əlavə edilsin:
“6-2) inzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati
xəta haqqında protokolun kağız daşıyıcıda surətini yerindəcə
barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə,
həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə
zərər çəkmiş şəxsə vermək;”.
2. 85-ci maddə üzrə:
2.1. 2-ci bəndin ikinci abzasından “və ya xüsusi texniki
vasitələrdən istifadə etməklə müəyyən olunduqda” sözləri
çıxarılsın;
2.2. 5-ci bənd ləğv edilsin;
2.3. 10-cu bənd aşağıdakı redaksiyada verilsin:
“10) Bu Qanunun 52-ci maddəsinin IV və ya VI hissələrində nəzərdə
tutulmuş dayanma və ya durma qaydalarını pozmuş sürücü nəqliyyat
vasitəsinin yanında deyilsə, Azərbaycan Respublikası İnzibati
Xətalar Məcəlləsinin 429-5.5-ci maddəsində nəzərdə tutulmuş qaydada
inzibati xəta haqqında protokol tərtib edir və nəqliyyat vasitəsini
mühafizə edilən duracağa göndərir. Belə sürücü nəqliyyat
vasitəsinin yanında olmadığı və nəqliyyat vasitəsinin mühafizə
edilən duracağa aparılması mümkün olmadığı hallarda Azərbaycan
Respublikası İnzibati Xətalar Məcəlləsinin 429-5.6-ci maddəsində
nəzərdə tutulmuş qaydada inzibati xəta haqqında protokol tərtib
edir və onun surətini nəqliyyat vasitəsinin ön şüşəsinə
qoyur.”;
2.4. aşağıdakı məzmunda 13-cü bənd əlavə edilsin:
“13) Ümumi istifadədə olan nəqliyyat vasitəsinin sürücüsü yol
hərəkəti qaydalarını pozduqda müntəzəm şəhərdaxili (rayondaxili)
sərnişin daşımalarında ləngimələrin qarşısını almaq üçün
dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə yol verdiyi qayda
pozuntusunu elan etdikdən və nəqliyyat vasitəsinin dövlət qeydiyyat
nişanını qeydə aldıqdan sonra sürücü barəsində inzibati xəta
haqqında protokolu sonuncu dayanacaqda da tərtib edə bilər.”.
3. 85-1-ci maddə aşağıdakı redaksiyada verilsin:
“Maddə 85-1. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati
xətalar haqqında işlər üzrə icraat
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında
işlər üzrə icraat Azərbaycan Respublikası İnzibati Xətalar
Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR