Qırmızı.az
"Belvita ilə Səhər Yeməyi" Bakıda keçirildi
Bakının mərkəzində “Belvita. Ləziz səhər!” adlı peçenyenin təqdimat mərasimi keçirildi.
Məşhur jurnalist və bloqerlərin, şou-biznes nümayəndələrinin və digər tanınmış simaların iştirak etdiyi tədbirin əsas mövzusu - səhər yeməyi və onun gündəlik həyatımızdakı əhəmiyyətli rolu oldu. Mərasimin aparıcısı, paytaxtın populyar kulinarı Fərhad Aşurbəyli, tədbiri qonaqlarla fotosessiyadan başlayaraq daha sonra təşrif buyuranlara təqdimat nümayiş etdirdi. Dəvət olunmuş hər bir kəs düzgün səhər yeməyi haqqında öz şəxsi fikrini bildirdi.
Səhərlər düzgün balanslaşdırılmış və ləziz səhər yeməyi hazırlamaq üçün kifayət qədər vaxt olmadıqda nə etməli? Səhər yeməkləri üçün yaradılmış Belvita belə məqamlarda Sizin səhər yeməyiniz üçün dadlı və rahat seçimdir!
Enerji dolu səhər yeməyi hazırlamaq üçün cəmi 5 dəqiqə vaxt tələb olunur: sadəcə 4 ədəd Belvita peçenyesini zövqünüzə görə süd məhsulları, meyvə və ya təbii şirə ilə hazırlayın. Və faydalı, ləziz səhər yeməyiniz hazırdır!
Məxsusi olaraq səhər yeməyi üçün nəzərdə tutulan və taxıllarla, qida lifləri, vitamin və minerallarla zəngin olan Belvita məhsulunun tərkibində boya maddələri və konservantlar yoxdur. Ən başlıcası isə Belvita gün ərzində gümrah və daha yaxşı əhval-ruhiyyədə olmanız üçün bir enerji qaynağı kimi Sizi bütün zəruri karbohidratlarla təmin edəcək.
Belvita məhsullarındadənli bitkilərin tərkibində olan kompleks karbohidratların yüksək keyfiyyətinin qorunması üçün istehsal prosesi ciddi nəzarət altında həyata keçirilir. Belvita ilə balanslaşdırılmış səhər yeməyindən sonra mürəkkəb karbohidratlar 4 saat ərzində həzm olunur ki, buda Sizin günə yaxşı başlamanızı və gün ərzində enerjili və gümrah olmanızı təmin edir.
Fərhad Aşurbəyli dəvət olunmuş qonaqlara “Belvita. Ləziz səhər!” balanslaşdırılmış peçenye ilə hazırladığı səhər yeməklərinin reseptlərini təqdim edərək onlara gələcəkdə də bu reseptlərdən faydalanmağı məsləhət gördü. Xoş ovqat və yüksək əhval-ruhiyyə şəraitində keçən səhər yeməyindən zövq alan qonaqlar balanslaşdırılmış qidalanma haqqında yeni və maraqlı faktlar öyrənmiş oldular.
Qeyd edək ki, Azərbaycanda Belvita peçenyesinin üç növü təqdim olunacaq: şokolad parçaları ilə; dənli bitkilərlə; bal, qoz-fındıq, şokolad parçaları ilə.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan