• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Gender və ailə problemləri müzakirə mərkəzində - FOTOLAR

Gender və ailə problemləri müzakirə mərkəzində - FOTOLAR

“Bu gün cəmiyyəti silkələyən gender və ailə münasibətlərində təzahür edən problemlər həyəcan təbilidir”.

Publika.az xəbər verir ki, bu barədə “Azərbaycanda ailə və gender məsələləri: mövcud vəziyyət və problemlər” mövzusunda IV Respublika konfransında bildirilib.

Azər­bay­can­da gender və ailə məsə­lə­lə­rinin bugünkü du­ru­mu­nu mü­zakirə etmək, problemlərin həlli yollarını ara­maq və təkliflər irəli sürmək üçün alimlər, tədqiqatçılar, məmurlar və mütəxəssislər Azər­bay­can Əmək və Sosial Mü­na­sibətlər Akademiyasında bir araya gəlibər.

“Azərbaycanda ailə və gender məsələləri: mövcud vəziyyət və problemlər” mövzusunda IV Respublika konfransını Azər­baycan Əmək və Sosial Münasibətlər Akademiyasının prorektoru, iqt. ü.f.d., dosent Mobil Məcidov giriş sözü ilə açdıqdan sonra ailə münasibətlərini əks etdirən film­-çarx nümayiş etdirilib. Plenar iclasda BDU­-nun “Gender və tətbiqi psi­xo­logi­ya” kafedrasının müdiri, psixologiya üzrə f. d., dosent Rəna İbrahimbəyova “Müasir dövrdə ailə in­sti­­tutu”, AR DİN İnsan alveri qurbanlarına kömək fondunun sədri, fəlsəfə ü.f.d.Mehriban Zey­na­lo­va “Qa­dın alveri insan alveri kontekstində”, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin informasiya və analitik araşdırma şöbəsinin müdiri El­gün Səfərov “Azər­­baycanda ailə hüququnun inkişafında yeni institut: ailədə və məişətdə zo­rakılığın qarşısının alınması”, Qərb Universiteti “Gender Araş­dır­ma­ları Mərkəzi”nin rəh­bəri, fəlsəfə ü.f.d.Kifayət Ağayeva “Müa­sir ailədə mə­nəvi tərbiyənin rolu”, AMEA İqtisadiyyat İnstitutunun baş elmi işçisi, iqtisadiyyat ü.f.d. Adilə Gözəlova “Azərbaycanda gender bərabərliyi və gender pariteti məsələsi”, AR İnsan Hüquqları üzrə Müvəkkilin (Om­bud­sman) hüquqi ma­ariflən­dirmə sektorunun müdiri Rə­şid Rumzadə “Və­təndaş cəmiyyəti institutlarının fəa­liy­yə­­tinin ailə­gender münasi­bət­ləri sisteminə təsiri”, Mədəniyyət İşçiləri Müstəqil HİRK­in səd­­ri, AHİK­in gender bərabərliyi və qadın problemləri üzrə Mərkəzinin səd­ri Cəmilə Sət­ta­rova “Sosial­ əmək münasibətlərinin tək­mil­ləş­mə­si­nə ailənin təsiri”, AMEA Fəlsəfə və Hü­quq İnstitutunun dissertantı Fainə Hənifəyeva “Miqrasiya proseslərinin Azərbaycan ailəsinə tə­­­si­ri:demoqrafik boşluq”, AMEA Fəlsəfə və Hüquq İnstitutu, böyük elmi işçi, fəlsəfə ü.f.d. Hü­seyn İbrahimov “Erkən nikahlar yerli və qlobal sosiomədəni dəyişmələr mətnində”, Azərbay­can Əmək və Sosial Münasibətlər Akademiyasının III kurs tələbəsi İlahə Fey­­zul­layeva “Ai­lə münasibətlərinin gender problemləri gənclərin baxışında”, Azərbaycan Əmək və Sosi­al Münasibətlər Akademiyası “Sosial tərəfdaşlıq, HİH və humanitar fənlər” kafedrasının mü­diri, fəlsəfə ü. f. d., dosent Zeynəddin Şabanov “Gender 2015 ilin prob­le­mi­dir­mi?” möv­zu­sun­da məruzələrlə çıxış ediblər.

Qeyd edək ki, ötən il­lərdə (2012,2013,2014­cü illər) Akademiyada keçirilmiş konfranslarda öl­kə­miz­də ta­nın­mış mü­tə­xəssislərin iştirakı ilə Azərbaycanda gen­der prob­lem­­lə­ri­nin aradan qal­dı­rıl­ması istiqamətində görülən işlər, qanunların gender ekspertizası, gender bərabərsizliyinin həllində həm­­karlar it­tifaqları təş­kilatlarının rolu, təhsildə gender məsələsi, ictimai həyat sahə­lərində qa­dın­ların təm­sil­olunma vəziyyəti, sülh və təhlükəsizlik şəraitində gen­der problemlərinin həllində BMT­nin rolu, qə­­rar qəbuletmədə qadınların iştirakı, qa­dı­nın sosial fəallığında daxili potensialının yeri, peşə seçi­mində təzahür edən bə­zi problemlər, ailələrdə məişət zorakılığı və başqa müx­təlif məsələlər barə­sində ge­niş fi­kir mübadiləsi aparılıb, maraqlı təkliflər irəli sürülüb.

Konfransda həmçinin qeyd olunub ki, müasir cəmiyyətin yeni mər­hələsinin özünəməxsus xüsusiyyətləri var ki, onların bəziləri cə­miy­­yətin, millətin yüksəlişinə, yeni inkişaf mərhələsinə qədəm qoymağa xidmət edir, amma bəzi xüsusiyyətlər də milli­-mənəvi dəyərlərin tənəzzülünə, aşınmalara gətirib çıxarır. Bunun üçün də cəmiyyətin bütün üzvlərinin maariflənməsinə, cəmiyyəti irəli apa­ran təbliğat işinin ge­niş­lən­məsinə ehtiyac var. Bu gün cəmiyyəti silkələyən gender və ailə münasibətlərində təzahür edən problemlər həyəcan təbili çalmaqdadır.

Bildirilib ki, döv­lətimiz bu istiqamətdə bütün vacib təbdirləri gö­rür, qanunlar və qanun­ve­ri­cilik aktları qəbul edilir, beynəlxalq standart­lara uyğun olaraq müxtəlif istiqa­mət­lərdəki məcəllələrdə də­yişiklər edi­lir. Amma ailədə, cəmiyyətdə cins­lər arasındakı mü­na­si­bət­lə­rin harmoniyasına nail olmaq üçün bütün zəruri addımların atılsa da, böyük narahatlıq doğuran problemlər hələ də qal­maq­dadır və çox tə­əs­­süf ki, belə xoşa­gəlməz hallar haqqında tez-­tez televiziya ekran­la­rın­dan, kütləvi in­formasiya vasitə­lə­rindən, internet saytlarından eşidir, oxu­yur, gün­dəlik həyatda mü­şahidə edirik.

Məruzələr ətrafında maraqlı çı­xış­lar olub, məntiqli mühakimələr yürü­dülüb, yeni fikirlər irəli sürülüb, təkliflər paketi hazırlanıb. Konfransın sonunda gender və ailə prob­lem­ləri mövzusunda kitabların təqdimatı keçirilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR