Mübariz Qurbanlı: “Azərbaycanda radikal qurupların fəaliyyətinə imkan verməyəcəyik”
Bizi izləyin

Qırmızı.az

Mübariz Qurbanlı: “Azərbaycanda radikal qurupların fəaliyyətinə imkan verməyəcəyik”

“Biz ölkəmizdə hansısa radikal qrupların fəaliyyətinə imkan verməyəcəyik. Bu sadə insanların, cəmiyyətin istəyidir. Radikal dini qrupların ölkəmizdə fəaliyyətinin qarşısının alınması üçün çox böyük işlər aparılıb və MTN, hüquq mühafizə orqanlarının və digər müvafiq qurumların apardığı işlər müsbət nəticə verir. Ölkəmizdə radikal-dini qrupların fəaliyyəti aradan qalxana qədər bu istiqamətdə işlərimizi davam etdirəcəyik”.

Publika.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

M. Qurbanlı bildirib ki, Azərbaycanda radikal dini qrupların fəaliyyətinin qarşısının alınması üçün bütün istiqamətlərdə işlər aparılır.

“Azərbaycan islam ölkəsidir, bizim islami dəyərlərimiz var və tarixdən bizə əxz olunan, nəsildən-nəslə ötürülən islami dəyərlərimizi qorumalıyıq”.

Gülnar Əliyeva

Oxumağa davam et
Reklam
Reklam

Gündəm