Qırmızı.az
Qanunsuz silahlı birləşmələrin tərkibində döyüşən 44 nəfər həbs edilib - AZƏRBAYCANDA
Son dövrlər Azərbaycan Respublikası vətəndaşlarının dini radikal, ekstremist qruplaşmaların və xarici ölkələrdə qanunsuz fəaliyyət göstərən silahlı dəstələrin tərkibində iştirak etmə halları məsələyə yeni yanaşmanı, belə neqativ təzahürlər və ümumilikdə terrorçuluqla mübarizənin daha da kəsərli aparılmasını zəruri edib.
Publika.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2014-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Hesabatda deyilir ki, ötən il ərzində Milli Təhlükəsizlik Nazirliyi tərəfindən bu istiqamətdə həyata keçirilən məqsədyönlü əks-kəşfiyyat və antiterror tədbirləri nəticəsində Suriyada hərbi birləşmələrin tərkibində döyüş əməliyyatlarında iştirak etdikləri müəyyən edilmiş 29 nəfər, Pakistan və Əfqanıstan ərazilərində fəaliyyət göstərən terrorçu təşkilatın üzvləri olan 2 nəfər, insan oğurluğu ilə məşğul olmaqda şübhəli bilinən və qanunsuz olaraq odlu silah, döyüş sursatı və partlayıcı maddələr əldə edərək saxlayan, radikal dini yönümlü daha 3 nəfər, eləcə də dindarlar arasında nifaq salınması məqsədi ilə məsciddə yanğın törədən 3 və qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audi və video materialları satmaqla məşğul olan daha 4 nəfər Azərbaycan vətəndaşı cinayət məsuliyyətinə cəlb edilib.
Bundan başqa, Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, partlayıcı maddə və hərbi ləvazimatla təchiz edilmiş, terror təxribat xarakterli cinayətlər törətmək niyyətində olan radikal dini ekstremist qruplaşmanın 3 üzvü həbs edilməklə, barələrində Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq istintaq aparılır.
Sosial şəbəkələrdə respublikadakı mövcud vəziyyəti güc yolu ilə devirmək, bu zaman partlayıcı və alışdırıcı maddələrdən istifadə etmək barədə çağırışlar etmiş şəxslər barəsində MTN-in təqdim etdiyi materiallar əsasında Baş Prokurorluqda 2 cinayət işi başlanılıb.
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı