Qırmızı.az
Mehmanxanalarda süni qiymət artımı ilə bağlı vəziyyət araşdırılıb
Mədəniyyət və Turizm Nazirliyi Novruz bayramı ərəfəsində mehmanxanalarda süni qiymət artımına yol verilib-verilmədiyini öyrənmək məqsədi ilə araşdırma aparıb.
Nazirliyin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxməmmədov Trend-ə deyib ki, turizm sahəsində qiymət siyasəti bazar tərəfindən formalaşdırılsa da, bu məsələ ilə bağlı araşdırma aparılıb. Araşdırma nəticəsində Azərbaycanın regionlarında fəaliyyət göstərən mehmanxanalarda heç bir qiymət artımının müşahidə edilmədiyi məlum olub: “Əksinə, Şamaxı və Qubada fəaliyyət göstərən beş ulduzlu mehmanxanalar daha səmərəli fəaliyyət göstərmək üçün Novruz bayramı ilə əlaqədar qiymətlərində 20-30 faiz endirim edib”.
Onun sözlərinə görə, Azərbaycan vətəndaşları Novruz bayramı günlərində əsasən regionlarda - Quba, Qusar, Xaçmaz, Şamaxı, İsmayıllı, Qəbələ, Şəki, Gəncə və ətraf rayonlarında və cənub zonasında istirahət etməyə daha çox üstünlük verirlər.
Bayramla əlaqədar regionlara xüsusi turların hazırlandığını xatırladan nazirlik rəsmisi qeyd edib ki, turistlərə 2-3 günlük turlar da təklif edilir.
Azərbaycan Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov da Trend-ə bildirib ki, son dövrlərdə Azərbaycanın daxili turizm bazarında süni qiymət artımına yol verilməyib, hotellərin xidmətlərinin qiymətlərində dəyişiklik baş verməyib.
M.Ağakərimov bildirib ki, regionlarda qiymətlər mövsümdən və tələbatdan asılı olaraq dəyişilir. Həftənin şənbə-bazar günlərində tələbat daha çox olduğundan qiymətlərdə dəyişiklik olmasa da, digər günlərdə qiymətlər endirilir.
Onun sözlərinə görə, yalnız bayramqabağı deyil, ümumiyyətlə, il
ərzində bir neçə dəfə müvafiq qurumların iştirakı ilə ölkə
daxilində turizm xidmətlərinin göstərilmə vəziyyətini öyrənməkdən
ötrü monitorinqlər keçirilir və buna uyğun olaraq da onlara
nöqsanların aradan qaldırılması üçün tövsiyələr verilir.
M.Ağakərimov deyib ki, dünya bazarında, xüsusilə Avropada baş verən iqtisadi böhranla əlaqədar Azərbaycanda daxili turizmin ümumi çəkisi bir qədər artıb və insanlar Azərbaycanın turizm məkanlarına getməyə daha çox üstünlük verməyə başlayıblar: “Artıq bu, turizm şirkətlərinin fəaliyyətində də hiss olunur. Avropadakı müəyyən iqtisadi durumla əlaqədar turizm paketlərinin də qiymətlərində müəyyən dəyişikliklər olub. Bütün bu səbəblər Azərbaycandan Avropaya getmək istəyənlərin sayını azaldıb”.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO