Qırmızı.az
DİN müdaxilə etdi - “Baku Escort” bağlandı
Bakıda əxlaqsızlığı yayan “Baku Escort” adlı sayta giriş məhdudlaşdırılıb.
Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Ehsan Zahidov Publika.az-a açıqlamasında saytın fəaliyyətinin dayandırılmasının hüquq mühafizə orqanlarının operativ müdaxiləsi ilə əlaqədar olduğunu təsdiqləyib:
“Bəli, milli adət-ənənələrimizə, xalqımızın yüksək mənəvi dəyərlərinə yad, qətiyyən uyğun gəlməyən hərəkət və halları təbliğ etməyə cəhd göstərən bu saytın qapanması dövlətimizin aidiyyəti qurumlarının, o cümlədən Daxili İşlər Nazirliyinin dərhal və operativ olaraq gördüyü tədbirlərin nəticəsidir”.
Qeyd edək ki, ötən gün mətbuatda əxlaqsızlığı təbliğ edən “Baku Escort” adı altında saytın fəaliyyətə başlaması haqqında məlumat yayılıb. Sayt guya boş vaxtlarını sərfəli və səmərəli keçirmək istəyən insanlar üçün xidmət göstərir. Əslində isə sayt fahişəliyi təbliğ edirdi. Saytda xanımların xidmətləri təklif edilir. Saytda dünyanın bütün yerindən fahişələr təklif olunur.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov bu barədə hüquq-mühafizə orqanlarına müraciət edildiyini bildirmişdi. Daxili İşlər Nazirliyindən də artıq saytla bağlı araşdırmalara başladıqlarını bəyan etmişdilər.
Gülxar
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO