Qırmızı.az
Şamaxı Rəsədxanası qorxunc proqnoza aydınlıq gətirdi
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanası xarici ölkə astroloqlarının martın 17-də Mars və Uranın bir-birinə yaxınlaşması və bunun nəticəsində kütləvi ölümlərin, fəlakətlərin baş verə biləcəyi barədə proqnozlarına aydınlıq gətirib.
Şamaxı Astrofizika Rəsədxanasının direktor müavini Xıdır Mikayılov Trend-ə bildirib ki, 2012-ci ildə həmin ilin dekabr ayında bütün Yer kürəsinin qaranlığa qərq olacağı və “qiyamət günü"nün baş verəcəyi ilə bağlı proqnozlar verilmişdi: "Həmin proqnozlar özünü doğrultmadığı kimi, bu proqnozun da heç bir əsası yoxdur".
Direktor müavininin sözlərinə görə, Mars və Uranın toqquşması mümkünsüzdür. Çünki onlar bir-birindən çox uzaq məsafədə yerləşirlər: “Onların hər birinin öz orbiti var. Həmin orbit boyunca da dövr edirlər. Marsın və Uranın bir-biri ilə toqquşması üçün onların öz orbitlərindən çıxması lazımdır. Günəşin də cazibə sahəsi buna imkan vermir. Bu sistem çox dayanıqlı sistemdir və heç vaxt da dağıla bilməz”.
Qeyd edək ki, türk astroloq Su Karakuşun sözlərinə görə, martın 17-də Mars və Uranın bir-birinə yaxınlaşması nəticəsində kütləvi ölüm hadisəsi və ya fəlakət baş verə bilər.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR