Naxçıvana yeni beynəlxalq avtobus marşrutları açılıb
Bizi izləyin

Qırmızı.az

Naxçıvana yeni beynəlxalq avtobus marşrutları açılıb

Türkiyə Respublikasının “Metro Turizm Səyahət Təşkilatı və TİC A.Ş.” nəqliyyat və İran İslam Respublikasının “Həmsəfəri Tondrou” şirkətləri ilə əldə olunmuş razılığa əsasən Naxçıvan Muxtar Respublikasına yeni beynəlxalq avtobus marşrutları açılıb.


AZƏRTAC xəbər verir ki, “Metro Turizm Səyahət Təşkilatı və TİC A.Ş.” nəqliyyat şirkətinə aid Culfa-İstanbul marşrutu üzrə hərəkət edən ilk avtobus martın 11-də Naxçıvan Muxtar Respublikasından yola salınıb.


Marşrut muxtar respublika ərazisində Şərur, Naxçıvan, Culfa Türkiyə Respublikası ərazisində isə Ankara, İstanbul, İzmir və Ərzurum xətti üzrə hərəkət edəcək. Müntəzəm olaraq fəaliyyət göstərəcək bu marşrut üzrə yüksək texniki göstəricilərə malik, uzaq məsafələrə sərnişin daşınması üçün nəzərdə tutulmuş “Temsa”, “Travego”, “Safir” və “Setra” markalı avtobuslar işləyəcək.


İran İslam Respublikasının “Həmsəfəri Tondrou” şirkətinə aid avtobuslar isə Naxçıvan–Urmiya-Naxçıvan istiqamətində fəaliyyətə başlayacaq.


Qeyd edək ki, Türkiyə Respublikasının “İğdırlı Turizm” nəqliyyat şirkəti və İran İslam Respublikasının “Didari Seyri Gitti” şirkəti də Naxçıvan Muxtar Respublikasından adıçəkilən ölkələrə avtobus reysləri həyata keçirir. Hazırda qardaş ölkənin İstanbul və digər böyük şəhərlərinə, həmçinin Naxçıvan-Təbriz-Tehran və əks istiqamətdə sərnişinlərə ictimai nəqliyyat xidməti göstərilməkdədir.

AZƏRTAC

Oxumağa davam et
Reklam
Reklam

Gündəm