Üç maneken yolun ortasında güllələndi - VİDEO
Bizi izləyin

Qırmızı.az

Üç maneken yolun ortasında güllələndi - VİDEO

Latın Amerikası ölkələrindən olan Hondurasda qanlı bir cinayət törədilib.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, ölkədə tanınan üç manken öldürülüb.

Məlumata görə, mankenlər bir mikroavtobusla Hondurasın paytaxtı Tequsiqalpuya gedirdi. İçində 6 kişi və 5 qadının olduğu mikroavtobusun qarşısını üç silahlı şəxs kəsib. Mariela Ordonez Vargas (28), Madelin Ramirez Zambrano (21) və Alejandra Velaskes Mejianı zorla avtobustan çıxaran silahlılar onları yolun ortasında güllələyib.

Hücumda mikroavtobusda olan bir kişi ilə bir qadın da yaralanıb.

Hücumun səbəbi hələ məlum deyil. Hondurasın “Tiempo” qəzetinin yazdığına görə, adıçəkilən mankenlərin bir gün əvvəl qaçırılmasına cəhd edilib, amma bunun qarşısı polis tərəfindən alınıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm