Rektor qızını döyənlərin məhkəməsi oldu
Bizi izləyin

Qırmızı.az

Rektor qızını döyənlərin məhkəməsi oldu

Bakı Apellyasiya Məhkəməsində Bakı şəhər Prokurorluğunun Xəzər Universitetinin təsisçisi Hamlet İsaxanlının qızı Ülkər İsayevanın döyülməsində iştirak edən şəxslər barəsində Xətai rayon Məhkəməsinin çıxardığı qərarla bağlı apellyasiya protestinə baxılıb.

Report-un məlumatına görə, onu döydüyü iddia olunan Zaur Məmmədov və Elin Məmmədov qardaşlarının işinə ayrı-ayrılıqda baxılıb. Qapalı keçirilən proseslərdən birinə sədrliyi hakim Rizvan Səfərov, digərinə isə hakim Sahibxan Mirzəyev edib.

Məhkəmə martın 18-də davam etdiriləcək.

Məmmədov qardaşlarınını anası Gülnarə Məmmədova jurnalistlərə açıqlamasında videogörüntüsü yayılan şəxslərin onun oğlanları olmadığını deyib. O, Ülkər İsayevanı tanımadığını da bildirib.

Xatırladaq ki, Ü.İsayeva martın 9-da Bakının Səbail rayonu, Azadlıq prospekti ilə Üzeyir Hacıbəyli küçəsinin kəsişməsində Zaur Məmmədov və Elin Məmmədov tərəfindən fiziki işgəncəyə məruz qalıb. Faktla əlaqədar Cinayət Məcəlləsinin 221.2.1 (xuliqanlıq) maddəsi ilə cinayət işi başlanılıb. Bakı Şəhər Prokurorluğu Z.Məmmədov barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Xətai rayon Məhkəməsinə müraciət edib. Məhkəmənin hakimi Raziyə Ataşova vəsatəti təmin etməyib. Bundan sonra Bakı Şəhər Prokurorluğu apellyasiya protesti verib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm