Hamlet İsaxanlı: “Videodakı mənim qızım deyil”
Bizi izləyin

Qırmızı.az

Hamlet İsaxanlı: “Videodakı mənim qızım deyil”

Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı qızı Ülkər İsayevanın döyülməsi ilə bağlı açıqlama yayıb.

Publika.az rektorun açıqlamasını təqdim edir:

“Martın 17-də mən xaricdə olarkən səhərə yaxın bir müxbir mənə zəng edib “qızınızı maşında döyüblər və deyəsən, öldürüblər” dedi. Mənim vəziyyətimi təsəvvür edə bilərsiniz. Ev ilə əlaqə yaratdım, xəbərin yalan olduğu ortaya çıxdı. Sonra ikinci müxbir zəng etdi və mən ona bir qədər əsəbi cavab verdim (nə dediyim yadımda deyil).

Əslində nə baş verdiyini təfsilatı ilə bilməyinizi istəyirəm: mənim qızım öz rəfiqələri və dostları ilə bərabər 8 mart bayramını qeyd edirlər. Sonda, dağılışanda qızları evlərinə ötürərkən mənim qızım olan maşına məclisdə iştirak edən Katya adlı bir qızı da götürürlər ki, onu da yaşadığı yerə buraxsınlar. Yolda həmin qız, yəqin ki, bir qədər içkili olduğundan, söyüşlər söyür, tərbiyəsiz sözlər işlədir. Maşındakı oğlanlar hirslənir, maşını saxlayaraq onu maşından düşürürlər. Həmin qızla necə rəftar olunduğu kamera görüntülərində var. Bu kamera görüntülərinin mənim qızıma heç bir aidiyyəti yoxdur. Bundan sonra oğlanlar hüquq-mühafizə orqanları tərəfindən dindirilir və etdikləri hərəkətlərə görə cəzalandırılacaqları bildirilir. Mənim qızım da dostlarını cəzadan xilas etmək üçün ifadə verərək “kamera görüntülərindəki o qız mənəm və heç bir şikayətim yoxdur” deyir. Qızımın günahı da məhz budur. Sonra həmin video-görüntülər məhkəmə işçisi (mümkündür ki, müstəntiq) tərəfindən mətbuata ötürülür, internetə qoyulur və bununla da həqiqətə uyğun olmayan, yanlış informasiya yayılır.

Mənim bu fikirlərimi olduğu kimi dərc etməyinizi xahiş edirəm və prokurorluqdan bu video-görüntüləri internetə yerləşdirəni müəyyənləşdirib uyğun tədbir görməsini istəyirəm”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm