Xoşbəxt olmaq üçün bunları yeyin
Bizi izləyin

Qırmızı.az

Xoşbəxt olmaq üçün bunları yeyin

Araşdırmalara görə insanın xoşbəxtliyi onun qəbul etdiyi qidalardan asılıdır.

Elə qidalar var ki, onların tərkibi xoşbəxtlik faydalı amin turşularla zəngindir. Onun sayəsində xoşbəxtlik hormonu olan serotonin yaranır. Serotinin yaranması üçün orqanizmə amin turşular, xüsusən də triptofan lazımdır.Triptofan orqanizmdə yaranmır, o, göbələk, ət, süd, yoqurt, kəsmik, balıq, yulaf, banan, fındıq, küncüt və digər qidaların tərkibində mənimsənilir.

Sübut olunub ki, serotinin orqanizmdə miqdarının azalması insanda xarakterin neqativ istiqamətdə inkişafına təsir edir. Onun miqdarınnı normada olması isə bizim özümüzü xoşbəxt hiss etməyimizə, rahat olmağımıza və optimizmə şərait yaradır.

Bu hormonun yaranması üçün qaydaya əməl etmək lazımdır: 1.Səhər erkən yuxudan durmaq. Serotin səhər saatlarında daha çox istehsal olunur. 2.Yaxşı səhər yeməyi. Bu serotinin yaranmasını stimullaşdırır. 3.Düzgün fiziki yüklənmə. Xüsusən də səhər saatlarında ən azı 40 dəqiqə piyada gəzmək çox faydalıdır. İnsanın özünü xoşbəxt nhiss etməsi üçün faydalı olan qidalar isə bunlardır: 1 Xurma. 2. Hind toyuğunun əti 3. Pendir 4. Göyərti 5. Süd məhsulları 6. Avokado 7. Banan 8. Dəniz məhsulları və xüsusən də yaösız balıq 9. Pomidor 10. Çiyələk.

Hər gün qidalanmada bunlardan istifadə orqanizm sağlam qalmasına və gec qocalmasına kömək edir.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm