Qırmızı.az
Zorlanan qızın atası: “Oğlanları buraxmayın, kənddə ölüm olacaq”
Azərbaycanın Tovuz rayonunda dəhşətli hadisə baş verib.
Rayonun Əyyublu qəsəbə sakini 20 yaşlı tələbə qız 4 nəfər
həmkəndliləri tərəfindən qaçırılaraq zorlanıb.
Zorlanan qızın atası Kamal Nəsibov bu haqda fikirlərini AzNews.az-la bölüşüb.
O, qızının üzərində zorakılıq hadisəsi olduğunu təsdiqləyib:
“Hadisə martın 22-də Tovuz rayonunun Əyyublu kəndində baş verib.
Hadisəni törədənlər - Məmmədov Kamal, Kərimov Mürsəl, Niyazov
Ellməddin, Rzayev Nemət qızımı qaçırıb. Qızım tələbə olduğuna görə
kəndə tətilə gəlmişdi. Yağışlı gündə babası ilə görüşməyə gedib.
Yolda oğlanlardan biri onun başından vuraraq təpikləyib və
avtomobilə mindirib. Qız avtomobildən düşə bilməyib. Oğlan
avtomobili açıqlıq bir əraziyə sürüb. 3 nəfər də bunların ardınca
“Ford” maşını ilə gəlib. Onlar qızıma qarşı zorakılıq edib. Sonra
ordan götürüb qəbiristanlığa aparıblar. Orada deyiblər ki, sən bunu
bir adama desən, öldürəcəyik. Məsələ ilə bağlı cinayət işi
başlanılıb”.
K.Nəsibov bildirib ki, qızının zorlanmasında iştirak edən
cinayətkarlardan biri Gəncə Apellyasiya Məhkəməsinə müraciət edib
ki, onun barəsində olan qəti-həbs imkan tədbiri
dəyişdirilsin:“100-dən çox adam buna etiraz edirik. Bu saat kənd
ayağa qalxıb. Əgər məhkəmə Niyazov Elməddin barəsində olan
həbs-qəti imkan tədbirini dəyişib buraxsa, kənddə tayfa-nəsil
davası düşəcək. Ölüm olacaq. Onlardan 3-ü həbs olunub, biri isə
azadlıqdadır”.
K.Nəsibov qızının hələ də şokda olduğunu qeyd edib:“Qızım intihar eləmək istədi, zəhər içdi. Bu boyda haqsızlıq olar? Bu cinayətkarların 4-ü də həbs olunmalıdır. Hazırda cinayətkarlardan birinin valideynləri onu zaminə buraxmaq istəyirər. İmkanlı adamlardır, yol tapıb çıxmaq istəyirlər. Kənd əhli isə buna razı deyil. Deyilənə görə, bunların ilk işi deyil. Onlardan biri qızıma deyib ki, “Sən birinci deyilsən. Sənin kimi neçəsini yola vermişəm”. Mən buradan ölkənin rəhbər şəxslərinə müraciət edirəm. Bu boyda haqsızlığa göz yummayın. İnanın ki, onları buraxsalar, kənddə ölüm olacaq”.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR