Dənizdə batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edilib
Bizi izləyin

Qırmızı.az

Dənizdə batmaq təhlükəsi ilə üzləşən balıqçılar xilas edilib

Publika.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olmuş məlumata əsasən, Qaradağ rayonunda qayıqla dənizə çıxmış 2 nəfər balıqçı (xilasetmə məntəqəsindən 1 km sağa, 1 km dənizin içərisinə doğru) batma təhlükəsi ilə üzləşib.

Dərhal Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunublar. Həmin şəxslər dalğıc-xilasedicilər tərəfindən xilas edilərək aidiyyəti üzrə təhvil veriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm