• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Dövlət qulluqçusu olan qadın pensiyaçıların sayı açıqlandı

Dövlət qulluqçusu olan qadın pensiyaçıların sayı açıqlandı

“Azərbaycanda dövlət qulluqçusu kimi pensiya alan qadınlar 30,3 faiz təşkil edir”.

Publika.az xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) şöbə müdiri F.Qədimov Kürdəmirdə regional “Açıq qapı günü”- vətəndaş forumunda bildirib.

Onun sözlərinə görə, dövlət qulluqçusu kimi pensiya alanların 69,7 faizi kişilər, 30,3 faizi isə qadınlardır: “1 aprel 2015-ci il tarixə olan statistikaya əsasən, ölkəmizdə dövlət qulluqçusu kimi pensiya alanların sayı 13863 nəfər təşkil edir. Onların 60,89 faizi yaşa görə, 26,42 faizi əlilliyə görə, 12,69 faizi isə ailə başçısını itirməyə görə əmək pensiyası alır. Dövlət qulluqçusu kimi pensiya alanların 69,7 faizi kişilər, 30,3 faizi isə qadınlardır. Hazırda dövlət qulluqçularının orta aylıq pensiya məbləği 474,1 manatdır. Bu qəbildən olan pensiyaçılar ölkə üzrə pensiyaçıların 1,1 faizini təşkil edir”.

Dövlət qulluqçularının fərdi hesablarına toplanan sosial sığorta haqları ilə bağlı sualları cavablandıran şöbə müdiri diqqətə çatdırıb ki, həmin şəxslərə ilk növbədə fərdi uçot məlumatları əsasında ümumi qaydada pensiya hesablanır, sonra isə həmin məbləğ dövlət qulluğunda xidmət illərindən asılı olaraq müəyyən edilən həddə çatdırılır. Bunun üçün ümumi qaydada hesablanan pensiyaya edilən əlavə qulluq stajına görə əlavə adlanır. Buradan aydın olur ki, dövlət qulluqçularının da pensiyasının məbləği fərdi uçot əsasında hesablanır, lakin həmin məbləğ bəlli həddən aşağı olduqda ona əlavə edilməklə bu həddə çatdırılır. Bu hal işləyən vətəndaşları dövlət qulluğunda xidmətə stimullaşdıran əsas cəhətlərdəndir.

F.Qədimov bildirib ki, ölkəmizdə sosial həyatın bütün sahələrində, o cümlədən sığorta- pensiya sistemində davamlı inkişafa nail olunub. Həyata keçirilən islahatlar çərçivəsində 2006-cı ildən etibarən dövlət qulluqçularının fərdi uçot sistemi ilə əhatə olunmasına və “Əmək pensiyaları haqqında” Qanun əsasında pensiya təminatına başlanılıb. Nəticədə dövlət qulluğunda çalışmış şəxslərə pensiyaların təyin olunması və artımı fərqli, daha yüksək məbləğlərlə aparılır və hər dəfə pensiyanın məbləği dövlət qulluqçularının faktiki vəzifə maaşındakı artımlara uyğun yenidən hesablanır.

Təqdimatla çıxış edən Fondun şöbə müdiri Fərid Baxşıyev dövlət qulluqçusu kimi pensiyaya çıxma şərtləri ilə bağlı yaranan bir çox suallara aydınlıq gətirib. Dövlət qulluqçusunun müraciət etdiyi vaxt mövcud olmayan vəzifələrin uyğunlaşdırma siyahısında nəzərdə tutulmayan vəzifələr, xidmət illərinə görə qulluq əlavəsinin faizləri, ixtisas dərəcəsi əlavəsinin nəzərə alınması, işləyən dövlət qulluqçularına əlavələrin ödəniş qaydası və digər bu kimi məsələlər barədə iştirakçılarla geniş izahat aparılıb.

Forumda bildirilib ki, Azərbaycanın pensiya təminatı sistemi işləyən vətəndaşların dövlət qulluğunda xidmətə üstünlük verməsini xüsusilə stimullaşdırır.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR