Restorandan oğurluq edənlər tutuldu
Bizi izləyin

Qırmızı.az

Restorandan oğurluq edənlər tutuldu

Xırdalan şəhərində restorandan oğurluğa cəhd göstərmiş bir qrup şəxs tutulub.

Publika.az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, aprelin 3-də saat 03 radələrində Xırdalan şəhərində Bakı şəhər sakini Esmiralda Kərimovaya məxsus restorandan oğurluğa cəhd göstərmiş şəxslər tutulub.

Onlar Şəki rayon sakinləri Anar Məmmədov, Mehman Yusifov və Cəlilabad rayon sakini Xəyalə İbrahimovadır. Həmin şəxslər Abşeron Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq RPİ-yə təhvil verilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm