Bakıda 20 yaşlı qız özünü 16-cı mərtəbədən atdı
Bizi izləyin

Qırmızı.az

Bakıda 20 yaşlı qız özünü 16-cı mərtəbədən atdı

Bu gün səhər saatlarında intihar hadisəsi baş verib.

ANS-in qaynar xəttinə daxil olan məlumatına görə, hadisə 15-20 dəqiqə əvvəl Həzi Aslanov metrosu yaxınlığında Məhəmməd Hadi küçəsi 73 ünvanında baş verib. İlkin məlumata görə, bir qadın binaya çıxaraq 16-cı mərtəbədən özünü ataraq intihar edib.

Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsindən verilən məlumata görə, hal-hazırda polis əməkdaşları hadisə yerindədirlər, hadisə araşdırılır. Qadının nə səbəbdən intihar etdiyi bilinmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm