• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Azərbaycanda qadın yönğınsöndürənlər varmı? - FOTO

Azərbaycanda qadın yönğınsöndürənlər varmı? - FOTO

"Yanğınsöndürmə işi dünyada ən təhlükəli peşələr sırasına daxildir. Ona görə də, fikrimcə, bu iş qadınlar üçün deyil".

Bunu Trend-ə açıqlamasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin (DYMX) rəis müavini polkovnik Rasim Kərimov deyib.

DYMX-nin rəis müavininin sözlərinə görə, ola bilər bu gün dünyada - Avropa, Amerika, Asiya, hətta İslam ölkələrində qadın yanğındöndürənlər var, amma Azərbaycanda qadın yanğınsöndürən yoxdur: “Dövlət Yanğından Mühafizə Xidmətində çalışan qadın əməkdaşlar var. Amma onlar əsasən dispetçer xidmətində, məlumatların qəbul olunması, onların işlənməsində, inzibati-idarə işlərində, kargüzarlıq sahəsində çalışırlar. Hesab edirəm ki, yanğın söndürmək qadın işi deyil. Dünya praktikasında bəlkə də belə bir şey var, amma onların sayı çox deyil. Bizdə isə ümumiyyətlə yoxdur. Bəzi Avropa ölkələrində xidmətin özünəməxsus spesifikası var və onlarda yanğın mühafizə xidmətində qadınlar tibb işçiləri, xilasedicilər kimi çalışırlar. Amma Azərbaycanda belə şey yoxdur”.

Polkovnik qeyd edib ki, qadınların yanğınsöndürən ola bilməmələrinin obyektiv səbəbləri var: “Yanğınsöndürənlərin ekipirovkası, yəni geyim forması 30-35 kq ağırlıqdadır. Təkcə döyüş paltarı və fərdi müdafiə vasitəsi olan əleyhqazın çəkisinin hər biri təxminən 14 kq təşkil edir. Qadın bunları necə daşısın? Digər tərəfdən, yanğına çıxış döyüş vəziyyəti hesab edilir. Azərbaycanda döyüşə qadınlar yox, kişilər gedir. Bəlkə də dünyada belələri var, amma bizdə heç vaxt qadın yanğınsöndürən olmayıb və indi də yoxdur”.

R.Kərimov bildirib ki, Sovet dönəmində yanğısöndürmə işinə qadınların cəlb edilməsi təcrübəsi olub. Lakin onlar yalnız rabitəçi olublar: “Ötən əsrin 70-80-ci illərində belə bir şey vardı ki, qadınlar yanğın mühafizə xidmətinə rabitəçi kimi cəlb edilirdilər. Rabitəçi qadın yanğın hadisəsi baş verən yerə gedəndə növbə rəisi olan zabiti müşaiyət edirdi. Əvvəllər radio-rabitə sistemləri çox böyük idilər. Onu daşımaq yanğınsöndürən zabitə maneçilik törədə bilərdi. Ona görə də bunun üçün ayrıca ştat ayrılmışdı. Rabitəçi qadın daim növbə rəisinin yanında olur və zabitin dediyi məlumatları radiostansiya vasitəsilə mərkəzə ötürürdü. İndi isə buna ehtiyac yoxdur. Çünki indi radio-rabitə sistemində kiçik, mobil cihazlardan istifadə edilir. Zabit cihazı üzərində rahat daşıya bilir, özü də məlumatları mərkəzə ötürür”.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR