“Khazar İslands” Honq Konq və İspaniya ictimaiyyətinə təqdim olundu – FOTOLAR
Bizi izləyin

Qırmızı.az

“Khazar İslands” Honq Konq və İspaniya ictimaiyyətinə təqdim olundu – FOTOLAR

“Avesta” konserninin həyata keçirdiyi “Khazar İslands” layihəsinə ölkə xaricində olan maraq daha da artır.

Şirkətdən Publika.az-a daxil olan məlumata görə, “Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmlinin Honq Konq və İspaniyaya səfərləri zamanı keçirilən görüşlər və layihə ilə bağlı müzakirələr də bunu deməyə əsas verir.

Belə ki, “Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmlinin Honq Konqa səfəri zamanı Çinin iki böyük şirkəti - “China ZK İnvestment Group” və “TSG Global” şirkətlərinin rəhbərləri ilə danışıqlar aparılıb.

“Caspian Global” sirkətinin səhmdarlarından olan hər iki şirkət “Khazar İslands” layihəsinə maraq göstəridiklərini, bu şəhərin inşasına sərmayə qoya biləcəklərini qeyd ediblər.

Bu şirkətlər “Khazar İslands” layihəsinə kiçik translarla bütövlükdə 12.5 milyard dollar sərmayə qoya biləcəklərini bəyan ediblər. Artıq bununla bağlı ilkin razılıq əldə olunub və tərəflər əməkdaşlığın rəsmiləşdirilməsi ilə bağlı qərar qəbul ediblər. “China ZK İnvestment Group” və “TSG Global” şirkətlərinin “Khazar İslands” layihəsinə qoşulması ilə bağlı son rəsmiləşdirmə işlərinin yaxın zamanlarda başa çatacağı gözlənilir.

“Khazar İslands”ın daha bir uğurlu təqdimatı isə İspaniyada olub. “Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmlinin bu ölkəyə səfəri hələ bir neçə ay bundan öncə, İspaniyanın Azərbaycandakı müvəqqəti işlər vəkili Xose Luis Diez “Khazar İslands”da olarkən razılaşdırılıb. İndi gerçəkləşən bu səfərdə Hacı İbrahim Nehrəmli Marbela şəhərinin meri xanım Angeles Munoz Uriol ilə görüşüb.

“Avesta” konsernin prezidenti Hacı İbrahim Nehrəmli xanım Angeles Munoz Uriola rəhbərlik etdiyi şirkət və onun həyata keçirdiyi layihələr haqqında ətraflı məlumat verib.

Layihənin çox maraqlı və cəlbedici olduğunu qeyd edən xanım Angeles Munoz Uriol əməkdaşlığa hazır olduqlarını bildirib. Danışıqlar zamanı Marbela şəhərində fəaliyyət göstərən şirkətlərin “Khazar İslands” layihəsində yer alması da müzakirə olunub. Bu müzakirələrin şirkətlərin iştirakı ilə davam etdirilməsinə qərar verilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm