Qırmızı.az
“Məndən Zaurun, Elgizin verilişinə düşmək üçün kömək istəyirlər”
“Hər dəfə vətəndaşları qəbul edərkən qəribə bir xahişlə rastlaşıram. Sayını itirmişəm, hər halda, əllini ötər. Adamlar məndən xahiş edirlər ki, onlara kömək edim, Zaurun, Elgizin və ya Xoşqədəm xanımın verilişinə çıxsınlar. Deyirəm müraciət edin, yəqin ki, verilişə alarlar”.
Publika.az xəbər verir ki, millət vəkili Fazil Mustafa “Facebook” səhifəsində paylaşdığı statusda əhalinin ona daha çox televiziyalarımızda yayımlanan şou verilişlərinə çıxmalarına yardım üçün müraciət etdiklərini deyib. Onun sözlərinə görə, insanlar hüquqlarını arayarkən, problemlərini həll etmək istəyərkən dövlətin və ədalətin qapısına deyil, daha çox televiziyaların qapısında növbə tutmağa üstünlük verirlər: “Mənim kimisə bu verilişlərə çıxarmağa nə səlahiyyətim, nə də aparıcılarla xüsusi münasibətim yoxdur. Deyirlər ki, orada elə bir növbə var ki, bizim vaxtımız bir ildən sonra gələcək.
Demək ki, əhalinin bir qismi də televiziyaların qabağında növbəyə durubmuş. Yadıma Sultan Əbdüləzizin 1868-ci ildə dövlət idarəçiləri ilə müşavirəsində çıxışının mətni düşdü. Deyirdi ki, insanlarla ədalətli davranmaq lazımdır, onların haqlarını bütün qurumlar yüksək səviyyədə qorumalıdır. İnsanlar hüquqlarını qorumaq üçün televiziyanın qapısına deyil, ədalətin qapısına üz tutmalıdırlar".
Nə yazıq ki, bizdə insanlar hüquqlarını arayarkən, problemlərini həll etmək istəyərkən dövlətin və ədalətin qapısına az gedirlər. Daha çox televiziyaların qapısında növbə tutmağa üstünlük verirlər. Düşündürücüdür”.
Gülnar Əliyeva
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı