Qırmızı.az
Azərbaycan və Almaniya QHT rəhbərləri əməkdaşlıq perspektivlərini müzakirə ediblər – FOTO
Azərbaycanda səfərdə olan “Qafqaz və Xəzər regionunun
araşdırılması üzrə Berlin Avropa İnstitutu”nun sədri Matias
Dornfelt ilə "Düşüncə" Gənclərin İnkişafına Dəstək" İctimai
Birliyinin sədri Emil Hüseynli arasında görüş
keçirilib.
Publika.az-ın məlumatına görə, görüşdə qonağı
salamlayan "Düşüncə" İB-nin sədri E.Hüseynli deyib ki, Azərbaycan
və Almaniyanın vətəndaş cəmiyyətləri arasında əməkdaşlığın
inkişafına ehtiyac var: "Çünki Azərbaycan həqiqətlərinin dünyaya
çatdırılmasında vətəndaş cəmiyyətləri böyük rol oynaya bilər. Hesab
edirəm ki, bizim təşkilatlar bu istiqamətdə birgə layihələr həyata
keçirə bilər".
Öz növbəsində M.Dornfelt bu görüşün baş tutumasından məmnun
olduğunu bildirib. Onun sözlərinə görə, rəhbərlik etdiyi təşkilat
hazırda yaxşı idarəçilik, e-hökumət, şəffaflıq və korrupsiyaya
qarşı mübarizə məsələləri ilə bağlı fəaliyyət göstərir: "Bu
baxımdan bizim təşkilat "ASAN"-la sıx əməkdaşlıq edir. "ASAN"-ın
nümayəndələri Almaniyaya səfər edəcəklər. Onlar Almaniyada dövlət
idarəçiliyi ilə tanış olacaqlar və eyni zamanda Azərbaycanın ən
yaxşı təcrübəsi olan "ASAN"-ın alman cəmiyyətinə təqdimatı
olacaq.
Görüşdə həmçinin Dağlıq Qarabağ həqiqətlərinin, Azərbaycanda
tollerantlıq mühitinin alman, eyni zamanda dünya ictimaiyyətinə
çatdırılması istiqamətində birgə fəaliyyətin vacibliyi vurğulanıb
və bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Müzakirələrdə "Düşüncə" İB-nin sədrinin müavini Elçin Mehdiyev də iştirak edib.
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin126 Aprel 21:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə26 Aprel 21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO