Qırmızı.az
Nazirin qəbuluna gələnlərin sayı azalıb
Cari ilin yanvar-mart aylarında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) qəbula gələnlərin sayı 36,3% azalıb.
ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Publika.az-a verilən məlumata görə, fəaliyyət sahələrində vətəndaşlara göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması nəticəsində nazirliyə qəbula gələnlərin sayının getdikcə azalması müşahidə olunur. Belə ki, cari ilin birinci rübü ərzində ƏƏSMN-nə qəbula gələn vətəndaşların sayı 2256 nəfər təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1288 nəfər (36,6%) azdır.
Nazirliyə qəbula gələnlərin sayı ötən ilin müvafiq ayları ilə müqayisədə cari ilin yanvar ayında 6,5%, fevral ayında 48,7 %, mart ayında 45,7% azalıb. Müraciət edənlərin 53 nəfəri nazir, 70 nəfəri nazir müavinləri və aparat rəhbəri, digərləri nazirliyin aidiyyəti məsul şəxsləri tərəfindən qəbul edilib. Bununla yanaşı, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin yanvar-mart aylarında respublikanın şəhər və rayonlarında vətəndaşların qəbulu qrafiklərinə uyğun olaraq, əmək və əhalinin sosial müdafiəsi naziri tərəfindən Abşeron, Masallı və Sabirabad rayonlarında 13 rayon və şəhər üzrə ümumilikdə 92 vətəndaş qəbul edilərək müraciətləri dinlənilib, qaldırılan məsələlərin həlli ilə bağlı qanunvericiliyin tələblərinə uyğun tədbirlər görülüb.
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə26 Aprel 21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR