4 ildir sərnişin gözləyən dayanacaq - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

4 ildir sərnişin gözləyən dayanacaq - FOTOLAR

Paytaxtın Binəqədi rayonu 7-ci mikrorayon ərazisində, “Dərnəgül” metrostansiyasının qarşısındakı avtobus dayanacağı 4 ildir istifadəsiz və baxımsız vəziyyətdədir.

Publika.az xəbər verir ki, hələ 2011-ci il iyunun 29-da açılışı olmuş Dərnəgül parkı ilə eyni vaxtda istifadəyə verilmiş dayanacaq illərdir marşrut avtobuslarının və sərnişinlərin üzünə həsrətdir. Məsələ burasındadır ki, həmin ərazidən marşrut avtobusları keçmir. Bu səbəbdən də ondan heç bir sərnişin istifadə etmir. Elə bu səbəbdəndir ki, dayanacağın üzərinə hər hansı marşrut avtobusunun nömrəsi yazılmayıb. Ərazidə heç taksi sürücüləri də gözə dəymir. Naməlum şəxslər ötən həftənin sonlarında dayanacağın şüşəsini sındırıblar. Artıq bir həftədən çoxdur, onun qarşısındakı şüşə qırıntıları təmizlənmir.

Maraqlıdır ki, paytaxtın bir çox avtobus dayanacaqlarındakı monitorlar sıradan çıxdığı halda, buradakı monitor daim işlək vəziyyətdədir. Yeri gəlmişkən, dayanacağın yerləşdiyi parkın döşəməsi çökdüyündən avtobus dayanacağı da qabağa əyilib.

Məsələ ilə bağlı müvafiq qurumlarla əlaqə yaratmaq cəhdlərimiz nəticəsiz qaldı.

Anar Tağıyev

Fotolar müəllifindir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm