Həkimlər xəstənin xeyrinə maaşlarından imtina etdi - Bakıda
Bizi izləyin

Qırmızı.az

Həkimlər xəstənin xeyrinə maaşlarından imtina etdi - Bakıda

“Neftçilər" xəstəxanasının reanimasiya şöbəsində baş həkim və digər tibb personalı Vüqar Feyzulla üçün xidmətin qarşılığında alacaqları qonarardan imtina ediblər”.

“Facebook” sosial şəbəkəsində haqqında xeyli məlumat yayılan, nadir xəstəliyə düçar olan, 26 yaşlı gənc Vüqar Feyzullanı müalicə edən həkimlər maaşlarından imtina ediblər. Dostlarının Publika.Az saytına verdikləri məlumata görə, həkimlər bu addımı gəncə yardım məqsədi ilə atıblar: “Neftçilər xəstəxanasının reanimasiya şöbəsində baş həkim və digər tibb personalı Vüqar Feyzulla üçün xidmətin qarşılığında alacaqları qonarardan imtina ediblər”.

Qeyd edək ki, nadir və ağır xəstəlik olan “Vaskulit”ə (damar iltihabı) tutulan Vüqar Feyzulla xeyli vaxtdır ki, müalicə olunur. Dövlət İdarəçilik Akademiyasının (DİA) məzunudur.

Son məlumatlara görə gəncin vəziyyəti ağırdır. Dostları sosial şəbəkə vasitəsilə gəncə yardım kampaniyası keçirirlər.

Elmin

Oxumağa davam et
Reklam
Reklam

Gündəm