Qırmızı.az
Baş anestezioloq xəstələrin narkozdan ölməsi məsələsinə aydınlıq gətirdi
İstər “Astoriya” Tibb Mərkəzində uşaq dünyaya gətirən İlahə Musazadənin, istərsə də “StarMed” klinikasında burun əməliyyatı edən Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Leyla Mürsəlovanın ölümü sırf anestezioloji ölümdür.
Bunu Trend-ə Səhiyyə Nazirliyinin (SN) baş anestezioloq-reanimatoloqu, Sertifikasıya Şurasının İxtisas Komissiyasının sədri, əməkdar həkim Aydın Qədirov deyib.
İ.Musazadə və L.Mürsəlovanın ölümünün səbəblərinin araşdırılması
üçün xəstəlik tarixləri və sənədlərinin hələlik SN-nin müvafıq
komissiyasına təqdim edilmədiyini deyən baş anestezioloq bildirib
ki, hər iki əməliyyatla bağlı məsələdə xəstələrin narkozdan ölməsi
birmənalı səhvdir: “Xəstə narkozdan ölməməlidir. Çünki indi köhnə
vaxtlarda olduğu kimi deyil. Indiki aspektdə anestezioloq həm də
reanimatoloq kimi addım atmalıdır. Nəinki öz ayağı ilə gələni,
hətta ağır vəziyyətdə olanı da sağaldıb geri verməlisən. Mənim
təcrübəm, müşahidələrim onu göstərir ki, həmişə anestezioloqlara
diktə edirlər ki, bu narkozu ver. Anestezioloqlar heç vaxt heç kimə
imkan verməsinlər ki, onların işinə müdaxilə etsinlər”.
A.Qədirovun sözlərinə görə, L.Mürsəlovanən valideyni qızının ürəyində prolapsus olduğunu deyib: “Prolapsus ürəyin qapaqlarının sallanmasıdır. Cavan adamda prolapsusun olması o deməkdir ki, ya onun anadangəlmə ürək qüsuru olub, ya da revmatizmin nəticəsində həmin qapaq zədələnib. Deməli, bunu nəzərə almayıblar”.
Baş anestezioloq-reanimatoloq bildirib ki, hər bir halda bütün xəstələr müayinə olunmalı, onların həyatı vacib orqanlarından tutmuş mərkəzi sinir sisteminə qədər olan vəziyyəti qiymətləndirilməlidir. Müayinə nəticəsində xəstənin tam sağlamlığı, fiziki durumu müəyyənləşdikdən sonra narkozun verilməsi ilə bağlı seçim edilməlidir. Əməliyyatdan öncə xəstənin müayinəsinin aparılması da məhz narkozun seçiminin aparılması üçün lazımdır: “”Astoriya” məsələsinə gəldikdə, doğuşun müəyyən koordinasıyası, onun patoloji ağrısızlaşdırlması üçün ağrısızlaşdırma metodundan istifadə edilir. Bu göstərişi ginekoloq qoyur, anestezioloq qoymur. Söhbət isə ondan edir ki, ağrısızlaşdırma üçün istifadə edilən metodikadan xəstə ölüb. Bu iynənin xəstəyə özbaşına vurulmasından yox. Ola bilsin ki, göstəriş olub, düzgün icra edilməyib. Bu, başqa məsələdir”.
Xatırladaq ki, Azərbaycan Maliyyə-İqtisad Kollecinin tələbəsi Mürsəlova Leyla Namiq qızı martın 17-də “StarMed” klinikasında burnundan plastik əməliyyat olunmaq üçün narkoz verilən kimi dünyasını dəyişib. Bu hadisədən bir necə gün sonra isə “Astoriya” Tibb Mərkəzində İlahə Musazadəyə doğuşu ağrısız etmək üçün anesteziya olunub. Bu zaman xəstənin halı pisləşib və ürəyi dayanıb.
-
Maraq dünyası02:19
Dünyanın ən lənətlənmiş adası: Kim yaşadısa... - FOTO
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır