• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Salyanda ana və övladlarının güllələnməsinin TƏFƏRRÜATI

Salyanda ana və övladlarının güllələnməsinin TƏFƏRRÜATI

Salyanda ana və iki övladının güllələnməsinin təfərrüatları bəlli olub.

Teleqraf.com xəbər verir ki, rayonun Yenikənd kəndində Rəşad Məmmədov münaqişə zəminində tüfəngdən atəş açaraq həmkəndliləri Xədicə Didarovaya, oğlu Xanquluya və qızı Bahara xəsarət yetirib.

Salyan Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Məmmədov tutulub, hadisə törədilərkən istifadə edilmiş müvafiq sənədi olmayan “TOZ-8” markalı tüfəng götürülüb.

Araşdırmalar zamanı məlum olub ki, Rəşad Məmmədov Xədicə Didarovanın böyük qızını sevib. Didarovların böyük qızına iki dəfə elçi düşən Rəşad Məmmədov “yox” cavabı alıb. Rəşad qızı iki dəfə qaçırıb. Lakin Xədicə Didarova qızını geri qaytarıb və Neftçala rayonunda başqa bir oğlana nişanlayıb.

Bundan xəbər tutan Rəşad ov tüfəngi ilə silahlanaraq Didarovların həyətinə gəlib. O, hadisə zamanı içkili olub və əvvəlcə qarşısına çıxan Xədicəni, daha sonra Xədicənin kiçik qızı Baharı və oğlu Xanqulunu güllələyib.

Yaralılara Salyan Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib. Xədicə Didarovanın vəziyyəti ağır olduğundan paytaxtda olan xəstəxanalardan birinə gətirilib.

Salyan Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29,120.1.9-cu (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR