Bakıda yaşayış binası yanır - YENİLƏNİB - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda yaşayış binası yanır - YENİLƏNİB - VİDEO

16 mərtəbəli binada baş verən yanğın söndürülüb. Publika.az-ın məlumatına görə, xəsarət alan olmayıb.

14:30

Bakıda yaşayış binası yanır.

Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın Fikrət Əmirov, 2 ünvanındakı binada qeydə alınıb. Yanğın 4-cü mərtəbədən yuxarıda başlayıb. Yanğınsöndürən briqadaları hadisə yerinə gediblər.

Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından daha sonra bildirilib ki, ilkin məlumata görə, yanğın zamanı xəsarət alan yoxdur.

14:02

Qaynar.info xəbər verir ki, Hökumət Evinin arxasında yerləşən hündürmərtəbəli binada güclü yanğın baş verib.

Hazırda hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub.

Sakinlər evakuasiya edilir. Yanğın getdikcə şiddətlənir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm