Bakıda daha bir çoxmərtəbəli bina yanır - VİDEO
Bizi izləyin

Qırmızı.az

Bakıda daha bir çoxmərtəbəli bina yanır - VİDEO

Bakıda daha bir çoxmərtəbəli bina yanır

Köhnə "Bakı" univermağının yanındakı, Üzeyir Hacıbəyov 75/89 ünvanındakı yaşayış binasında güclü yanğın başlayıb.

Musavat.com-un hadisə yerindən verdiyi məlumata görə, yanğın şiddətlidir. Oxuculara aydın olsun deyə bildirək ki, bina "Hökumət Evi" ilə üz-bəüzdür, "Yazıçılar binası" da deyilir.


Əməkdaşımızın sözlərinə görə, artıq FHN-in yanğınsöndürənlər briqadasına məxsus bir neçə maşın hadisə yerindədir və alovu ram etməyə çalışırlar. İlkin versiyaya görə yanğın binanın havalandırılma sisteminin nasazlığına görə başlayıb.

Fövqaladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətindən Trend-ə bildiriblər ki, yanğın Fikrət Əmirov, 2 ünvanındakı binada (Üzeyir Hacıbəyov küçəsi ilə kəsişçmədə) qeydə alınıb. Yanğın 4-cü mərtəbədən yuxarıda başlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm