Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxslər xilas ediliblər
Bizi izləyin

Qırmızı.az

Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxslər xilas ediliblər

Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxslər xilas ediliblər.

Sumqayıtda köməksiz vəziyyətdə qalan şəxslər xilas ediliblər.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən məlumat verir ki, Sumqayıt şəhərində giriş qapısının kilidində yaranmış nasazlıq üzündən 3 nəfər zərərçəkmiş mənzildə köməksiz vəziyyətdə qalıblar.

Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar.

Xilasedicilər beşmərtəbəli yaşayış binasının 4-cü mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə 5-ci mərtəbədəki mənzilin eyvanından enərək, içəri daxil olublar.

Zərərçəkmişlər aidiyyəti üzrə təhvil veriliblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm