TRT Xocalı ilə bağlı film çəkdi
Bizi izləyin

Qırmızı.az

TRT Xocalı ilə bağlı film çəkdi

Türkiyənin TRT kanalı 26 fevral Xocalı soyqırımı ilə bağlı “Xəyallarım vardı” adlı yeni sənədli film hazırlayıb. Bu barədə Publika.Az-a açıqlamasında TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Emrah Timuçin Yazıcı məlumat verib.

Onun sözlərinə görə, fevralın 25-də saat 09.00-da Türkiyənin Azərbaycandakı səfirliyində sözügedən filmin təqdimat mərasimi keçiriləcək. E.T.Yazıcı həmçinin deyib: “Fevralın 26-da TRT-nin Bakı təmsilçiliyi Xətaidə yerləşən Xocalı soyqırımı abidəsindən 3 saatlıq canlı proqram yayımlayacaq. Proqramın aparıcısı mən olacam, 2 nəfər müxbir isə mənə kömək edəcək. Həmin proqrama İstanbul, Ankara və İğdırdan canlı bağlantılar olacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm