Gəncədə bıçaqlanma hadisəsi baş verib
Bizi izləyin

Qırmızı.az

Gəncədə bıçaqlanma hadisəsi baş verib

Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsindən verilən məlumata görə, iki nəfər naməlum şəxs Tural Rzayevi xəstəxanaya gətiriblər. Boğazından bir bıçaq yarası alan Tural Rzayev dərhal əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilən y

Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsindən verilən məlumata görə, iki nəfər naməlum şəxs Tural Rzayevi xəstəxanaya gətiriblər. Boğazından bir bıçaq yarası alan Tural Rzayev dərhal əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilən yaralı əməliyyatdan sonra reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin sözlərinə görə, yaralını gətirən şəxslər onu tanımadıqlarını bildirirlər və Tural Rzayevin şəhərin Dəmir yolu vağzalının yaxınlığında bıçaqlandığını söyləyirlər. Xəstənin vəziyyəti ağır olduğundan danışa bilmir və onun harada yaşadığı haqda heç bir məlumat əldə etmək mümkün deyil.

Tural Rzayevin kim və ya kimlər tərəfindən vurulduğu eləcədə yaralı barədə digər məlumatları əldə etmək üçün Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır. /Trend/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm