• USD 1,7339 +0,12% EUR 1,8516 +0,84%
    • GBP 2,1859 +0,79% RUB 0,0272 +0,74%

Nəqliyyat vəsitələrinin texniki baxışdan keçirilməsində - Yenilik

Nəqliyyat vəsitələrinin texniki baxışdan keçirilməsində - Yenilik

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, mövcud qanunvericiliyin tələblərinə əsasən respublikada qeydiyyatda olan mexaniki nəqliyyat vasitələri, onların qoşquları və yarımqoşquları istehsal olunduqları vaxtdan dörd il keçdikdə, iki ildə bir dəfə, istehsal olunduqları vaxtdan on il keçdikdə, ildə bir dəfə texniki baxışa cəlb olunurlar (Oxu.Az).

Avtobuslara, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələrinə, təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrinə isə istehsal olunduqları vaxtdan bir il keçdikdə, ildə bir dəfə texniki baxış keçirilir.

Mexaniki nəqliyyat vasitələrinin sürücüləri və ya sahibləri istehsal ili 2003-cü ilədək (2003-cü il daxil olmaqla), 2005-ci, 2007-ci, 2009-cu illər olan minik avtomobillərini, istehsal müddəti 2012-ci ilədək olan (2012-ci il daxil olmaqla) avtobuslar, icazə verilən maksimum kütləsi 3,5 tondan artıq olan yük avtonəqliyyat vasitələri və təhlükəli yüklərin daşınması üçün xüsusi təyinatlı texniki təhlükəsizlik üzrə uyğunluq sertifikatı olan nəqliyyat vasitələrini 2014-cü ildə yanvar ayının 1-dən oktyabr ayının 31-dək, “VAZ”, “Qaz”, “Moskviç”, “ZAZ”, “UAZ” markalı və digər MDB istehsalı olan minik avtomobilləri üçün 01 yanvardan 01 maya qədər, xarici dövlətlərdə və onların baza modelləri əsasında MDB-də istehsal olunan minik avtomobilləri 01 maydan 01 avqusta qədər, yük avtomobilləri və avtobuslar üçün 01 sentyabrdan 31 oktyabra qədər dövlət texniki baxışının keçirilməsi üçün təqdim etməlidirlər.

Avtomotonəqliyyat vasitələrinə texniki baxış nəqliyyat vasitəsinin qeydiyyat yerindən asılı olmayaraq sahibinin istəyinə uyğun Baş DYP İdarəsinin Bakı şəhəri Sabunçu rayonu Maştağa qəsəbəsində yerləşən müasir avadanlıq və ölçü cihazları ilə təchiz edilmiş texniki müayinə mərkəzində və ya respublikanın digər rayonlarındakı regional qeydiyyat-imtahan və texniki baxış şöbələrində həftənin bütün günləri fasiləsiz olaraq keçirilir.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR