• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Xocalı faciəsinin ildönümü ilə əlaqədar hərbi hissələrdə anım tədbirləri keçirilib

Xocalı faciəsinin ildönümü ilə əlaqədar hərbi hissələrdə anım tədbirləri keçirilib

Xocalı faciəsinin ildönümü ilə əlaqədar müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən Müdafiə Nazirliyinə tabe olan hərbi hissələrdə və qarnizon (Bakı, Gəncə, Lənkəran və Naxçıvan) zabitlər evlərində anım tədbirləri təşkil olunub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, bu gün Bakı və digər şəhərlərdə "Xocalı soyqırımı" abidələri ziyarət olunub, bir sıra silsilə tədbirlər və Xocalı sakinləri ilə görüşlər keçirilib.

Hərbi hissələrdə şəxsi heyətlə ictimai-siyasi hazırlıq dərslərində "26 fevral - Xocalı faciəsi" mövzusunda mühazirələr oxunub, "Xocalıya ədalət" beynəlxalq kampaniyası çərçivəsində Silahlı Qüvvələrin Təlim Tədris Mərkəzində və C.Naxçıvanski adına Hərbi Liseydə C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı tərəfindən "Soyqırımı tarixin dastanı" adlı mənzum-tamaşası təqdim edilib.

Xəbər lenti

DAHA ÇOX XƏBƏR