Qırmızı.az
Koreya dilində "Khojaly Genocide" adlı kitabçalar çap edilib
Azərbaycanın Koreya Respublikasındakı səfirliyi tərəfindən Xocalı soyqırımı haqqında Koreya dilində "Khojaly Genocide" adlı kitabçalar çap edilib.
Publika.az Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə
istinadən məlumat verir ki, çap edilmiş kitabçalarda
Ermənistan-Azərbaycan münaqişəsinin tarixi haqqında bəhs olunur.
Xocalıda dinc əhaliyə qarşı törədilmiş vəhşiliklər, onların
amansızcasına qətlə yetirilməsi və bunun nəticəsində 106 qadın, 63
uşaq və 70 qoca olmaqla 613 dinc sakinin qətlə yetirildiyi, 1000
nəfərin yaralandığı, 1275 xocalının əsir və 150 xocalının itkin
düşdüyü qeyd edilmişdir. Xocalı qətliamının Ermənistan-Azərbaycan
münaqişəsinin ən qanlı səhifəsi olduğu vurğulanmışdır. Xocalı
soyqırımı haqda dünya mediasında yayılmış məqalələr, şahidlərin
ifadələri əks olunmuşdur.
Soyqırıma beynəlxalq aləm tərəfindən ədalətli siyasi-hüquqi
qiymətin verilməsi məqsədilə Heydər Əliyev Fondunun
vitse-prezidenti, İƏT Gənclər Forumunun Mədəniyyətlərarası Dialoq
üzrə baş koordinatoru Leyla Əliyeva tərəfindən "Xocalıya ədalət"
beynəlxalq təbliğat və məlumatlandırma kampaniyasının təsis
edildiyi barədə məlumat verilmişdir.
Həmçinin soyqırımı beynəlxalq səviyyədə tanıyan qərar və qətnamələr
də kitabçalarda əks olunmuşdur.
-
Magazin207:25
İlhan Mansız azərbaycanlı xanımından olan övladının üzünü ilk dəfə göstərdi - FOTO
-
Gözəllik02:43
Onun tumu qızıl qədər dəyərli imiş... - Botoks effekti verir
-
Ekopublika.az02:19
Bakının bu ərazisi PLANA DÜŞDÜ - Tezliklə söküləcək
-
İdman01:15
Arda tarixi matçında belə qol vurdu - VİDEO
-
Qoroskop00:45
Günün qoroskopu: hadisələrin axarına müdaxilə etməyin, çünki...
-
Magazin126 Aprel 23:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc26 Aprel 23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region26 Aprel 22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan