Bakıdakı yəhudi məktəblilər Xocalı soyqırımının anım gününü qeyd ediblər - FOTOLAR
Bizi izləyin

Qırmızı.az

Bakıdakı yəhudi məktəblilər Xocalı soyqırımının anım gününü qeyd ediblər - FOTOLAR

Bakıdakı 46 saylı orta məktəbin Yəhudi sinifləri Xocalı Faciəsinin anım gününü qeyd ediblər.

Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının mətbuat katibi Murad Salmanovun Publika.az-a verdiyi məlumata görə, anım günü faciə qurbanlarının xatirəsi üçün bir dəqiqəlik sükütla başlayıb.

“Vaad L Hatzolas Nidchei Yisroel” beynəlxalq humanitar yardım cəmiyyətinin direktor müavini Rav Zamir İsayev Xocali soyqırımı haqqında danışaraq qeyd edib ki, o faciəli gündə erməni faşistləri uşaq qadın demədən yüzlərlə günahsız insanı qətlə yetiriblər. Rav Zamir İsayev həmçinin bildirib ki, hər bir azərbaycanlının Xocalı soyqırımı ilə əlaqədar qarşısında iki vacib məsələ durur. Birincisi Xocalı həqiqətlərini dünyaya tanıtdırmaq. İkincisi isə bu faciəni heç bir zaman unutmamaq. Bundan başqa o qeyd edib ki, yəhudi xalqı Xocalı faciəsini cox dərindən anlayır. Bu acı gündə yəhudilər hər zaman azərbaycan xalqının yanındadırlar.

Çıxışdan sonra sagirdlərin Xocalı faciəsi haqqında yazdıqları referantlar dinlənilib. Sonda tələbələrin faciə gününü əks etdirən əl işləri sərgilənib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm