Qənirə Paşayeva ANS-i qeyri-peşəkarlıqda suçladı - VİDEO
Bizi izləyin

Qırmızı.az

Qənirə Paşayeva ANS-i qeyri-peşəkarlıqda suçladı - VİDEO

“ANS televiziyasının yoxlanılmadan, dəqiq mənbəyi olmadan bu məsələ ilə bağlı süjetdə mənim adımı hallandırmasına çox təəssüf edirəm. Bu cür absurd fikirləri cəmiyyətə təqdim edilməsinə həm də üzülürəm”.

Bu sözləri millət vəkili Qənirə Paşayeva nurçu təriqətinə bağlı olan millət vəkilləri haqda ANS-də gedən süjetdə adının hallanmasına münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, heç bir təriqətin üzvü deyil və bu barədə də söhbət gedə bilməz: “Məni tanıyanlar çox yaxşı bilir ki, belə iftiralar mənə yapışmaz. Bakıya qayıtdıqdan sonra bu məlumatın ilkin mənbəyi və bizim rəyimiz alınmadan məlumatın yayılması ilə bağlı məsələni ciddi araşdırıb, xəbəri yayanlarla bağlı hüquq çərçivəsində tədbirlər görəcəm. Çünki hər hansı bir saytın və ya mənbənin doğru olmayan xəbərləri üzərindən belə bir reportajda adım hallandırılıb. Doğrudur, mənim bu xəbərləri təkzib etməyimlə bağlı mövqeyimi versələr də, bu cür fakta əsaslanmayan süjet məni ciddi şəkildə üzdü".

Keçmiş ANS-çi söhbət zamanı telekanalı qeyri-peşəkarlıqda, mətbuat prinsiplərinə riayət etməməkdə də suçlayıb:

“Onu da qeyd edim ki, jurnalistika prinsipləri baxımından da bu, düzgün deyil. Mətbuat fakta əsaslanmayan, yoxlanılmamış məsələni yaya bilməz”. /AzNews.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm