Təhsil Nazirliyi kredit sistemi ilə bağlı təqdimat hazırlayıb
Bizi izləyin

Qırmızı.az

Təhsil Nazirliyi kredit sistemi ilə bağlı təqdimat hazırlayıb

Təhsil Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin bakalavriat və magistratura səviyyələrində kredit sistemi ilə tədrisin təşkili qaydalarının izahına dair təqdimatlar hazırlanıb.

Publika.Az-ın xəbərinə görə, bu barədə məlumatlar nazirliyin Facebook səhifəsində vətəndaşların suallarına verilən cavabda bildirilib.

Təqdimatlarda kredit sistemi ilə tədrisin təşkili qaydaları haqqında ətraflı məlumat verilir və tələbələri maraqlandıran suallar (Prerekvizit olmayan fənn üzrə akademik borc olduqda əlavə ödəniş edilirmi?, Prerekvizit fənn üzrə akademik borc olduğu halda tələbə əlavə ödəniş etməlidirmi?, Müəyyən edilmiş təhsil müddəti bitdikdən sonra akademik borclar qalarsa, bu halda nə baş verir?, Tələbələr üst illərdən fənn ala bilərmi və bu halda tələbə əlavə ödəniş etməlidirmi?) dolğun şəkildə cavablandırılır.

Tələbələr daha ətraflı məlumatı http://www.edu.gov.az/view.php?lang=az&menu=346&id=8014 ünvanından öyrənə bilərlər.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm