Ərinin bıçaqladığı qadın "Səni sevirəm" deyib öldü
Bizi izləyin

Qırmızı.az

Ərinin bıçaqladığı qadın "Səni sevirəm" deyib öldü

Türkiyənin Adana şəhərində arvadını bıçaqlayaraq qətlə yetirmiş Kadır Palanın məhkəməsi başlanıb.

32 yaşlı K.Pala arvadı, 25 yaşlı Sevtap Palanı xüsusi amansızlıqla qətlə yetirməkdə suçlanır.

Kadir Pala arvadını küçənin ortasında boğazından bıçaqlayıb və ümumiyyətlə, qadına 6 zərbə vurub.

Sağ ayağı protez olan K.Pala ilə bahəm, ona yardım etməkdə suçlanan 39 yaşlı taksi sürücüsü Levent Günaydın da tutulub.


Milli.Az DHA-ya istinadən bildirir ki, Adanadakı gecə barlarından birində "əyləncə qadını" işləyən Sevtap Pala ilə Kadır Pala 6 il əvvəl evlənmişdilər.

Bir müddət sonra ayrı yaşamağa başlayan ərlə arvad ötən il barışmış, şəhərin Yurt məhəlləsində ev kirayələmişdilər. Fəqət, yenə ayrıldılar.


Ötən ilin noyabr ayında Kadır və Sevtap Palalar səhər saat 4.30-da evin qarşısındakı küçədə görüşüblər. Onların mübahisəsi az sonra davaya çevrilib. Sevtap Pala çantasından tapança çıxarıb, ərinə atəş açıb. Kadır Pala ayağı, çiyni və qolundan 6 güllə yarası alıb.


Tapançanın güllələri qurtardığından Sevtap Pala qaçmağa başlayıb. Kadır Pala onu yaxalayıb və bıçaqlayıb.


"Arvadımdan ayrı yaşayırdım, amma əl çəkmirdi. Sürəkli olaraq söyüş və təhdid dolu SMS-lər yollayırdı. Üstəlik, boşanmaq üçün məhkəməyə ərizə yazdığını da deyirdi. Olay günü də zəng vurdu, görüşmək istədiyini dedi. Sonucda razılaşdım. Oraya gedəndə qapıda durub məni gözləyirdi. 3-4 metr qalmış atəş açmağa başladı. Geri qaçanda yıxıldı. Üstümdəki mətbəx bıçağı ilə onu vurdum. Öləndə də "Səni sevirəm!" dedi", - K.Pala məhkəmədə verdiyi ifadəsində deyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm