Qırmızı.az
Bakıda 7 nəfər dəm qazından zəhərləndi: 1ölü
Dəm qazından zəhərlənənlərin arasında 16 və 13 yaşlı azyaşlıların da olduğu bildirilir
Sutka ərzində Bakı şəhərində 7 nəfər dəm qazından zəhərlənib.
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından verilən məlumata görə, Bayıl qəsəbəsində yaşayan 35 yaşlı Abışov Elvin, hamamda çimərkən dəm qazından zəhərlənərək həyatını itirib.
Digər zəhərlənən şəxslər isə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər. Dəm qazından zəhərlənənlərin arasında 16 və 13 yaşlı azyaşlıların da olduğu bildirilir. Stansiyadan bildiriblər ki, zəhərlənlərin əksəriyyətini kişilər təşkil edir.
Xatırladaq ki, bir neçə gün öncə Suraxanı rayonu Binə qəsəbə sakini Aytən Mirzəyevənin meyidi yaşadığı evdə tapılıb.
Araşdırmalar zamanı qadının dəm qazından zəhərlənərək öldüyü məlum olub. /anspress/
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO
-
Nida Xəbər 13:32
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Nida Təhlil 13:10
Türkiyə hərbçiləri Qarabağa niyə gətirilmişdi? - Əliyevin strateji planı
-
Sosial12:58
Sabah 32 dərəcə isti olacaq
-
Nida Xəbər 12:16
XİN Avropa Parlamentinə cavab verdi
-
Nida Xəbər 10:29
Qriqoryan İrana hesabat verdi: Delimitasiya ilə bağlı
-
Nida Təhlil 09:26
Füzulidən Berlinə uçuş: Əliyevin təyyarəsi niyə Qarabağdan qalxdı?
-
Sosial08:42
Azərbaycanda general vəfat etdi